Azərbaycan tarixinin əsrə bərabər mühüm mərhələsi
Siyasət

Azərbaycan tarixinin əsrə bərabər mühüm mərhələsi

2023- il may ayının 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan xalqı onun taleyində tarixində silinməz izlər qoymuş, sarsılmaz əqidəyə, möhkəm iradəyə malik, qətiyyətli, yenilməz siyasətçi Heydər Əliyevi daim ehtiramla xatırlayır. Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023- il ölkəmizdə "Heydər Əliyev İli" elan edilmişdir. Dövlət başçısının qeyd olunan sərəncamı Heydər Əliyev dühasına dərin ehtiram hörmətin ifadəsi, unudulmazlıq təcəssümüdür. qədər ki, bu xalq, millət var, Heydər Əliyev fenomeni xatirələrdən heç zaman silinməyəcəkdir.

Ümummilli liderin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi müstəqil Azərbaycan tarixinin ən mühüm silinməz səhifələrini təşkil edir. Heydər Əliyev fenomeni təkcə Azərbaycanla məhdudlaşmır, ulu öndər hələ sağlığında əfsanələşən nadir şəxsiyyətlərdəndir.

"Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır", - deyən Heydər Əliyevin bütün fəaliyyəti xalqına, dövlətinə həsr olunmuşdur. Belə ki, Azərbaycanın son otuz ildən artıq bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Bu illər xalqın ictimai-siyasi, iqtisadi mədəni həyatının bütün sahələrində dirçəliş dövrü kimi xarakterizə olunur. Heydər Əliyev daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır sərt sınaqlarından çıxarmışdır.

"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir", - deyən ulu öndər Heydər Əliyev yaxşı bilirdi ki, müstəqilliyi təhlükədə olan ölkənin ilk növbədə iqtisadiyyatını dirçəltmək lazımdır. Bunun üçün isə bir yol var idi. Neft-qaz sənayesini yenidən dirçəltmək. Məhz dahi liderin qətiyyəti sayəsində 1994- il sentyabrın 20- çoxlarına əfsanə kimi görünən "Əsrin müqaviləsi" imzalandı, Azərbaycanı işıqlı sabahlara doğru aparan yeni neft strategiyasının icrasına başlanıldı.

Eyni zamanda, Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etdikdən sonra cəmiyyətin gələcək inkişafı üçün hüquqi islahatların həyata keçirilməsi, tamamilə yeni mütərəqqi demokratik dəyərlərə əsaslanan hüquq məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılması zəruri idi. Buna görə , ulu öndərin rəhbərliyi ilə müstəqil dövlətimizin ilk Milli Konstitusiyasının qəbul olunması müstəqillik tariximizdə ilk parlament seçkilərinin keçirilməsi ilə Azərbaycanın tarixi inkişafının yeni mərhələsi başlandı.

Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanaraq ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi 1995-ci il noyabrın 12- referendum yolu ilə qəbul edildi. Konstitusiyanın qəbul edilməsi ilə ölkəmizdə məhkəmə-hüquq islahatlarının əsası qoyuldu. Mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan vətəndaş hüquq azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir.

Demokratik, hüquqi dünyəvi dövlət kimi formalaşmış müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkül tapması, milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil mədəniyyətin misilsiz tərəqqisi ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Müstəqil Azərbaycan Respublikası Konstitusiyanın müəllifi kimi Heydər Əliyev dövlət hakimiyyətinin demokratik prinsiplər əsasında bölünməsinə, beynəlxalq standartlara uyğun hüquq normalarının qanunvericilik bazasının yaradılmasına, müasir idarəetmə üsullarının tətbiqinə nail olmuşdur.

Müasir Azərbaycan ədliyyəsinin inkişafında Heydər Əliyevin misilsiz rolu danılmazdır. Ümummilli lider Azərbaycana rəhbərliyi illərində respublikanın ədliyyə sisteminin inkişafına məhz belə bir mövqedən yanaşıb, insan vətəndaş hüquq azadlıqlarının təmin olunmasında, milli qanunvericiliyin formalaşdırılmasında əsas rol oynayan ədliyyə sisteminin demokratik dəyərlər əsasında qurulmasını prioritet istiqamət kimi diqqətdə saxlayıb. Bu baxımdan, ulu öndərin Azərbaycana rəhbərliyinin ilk dönəmində Ədliyyə Nazirliyinin yenidən əsaslı surətdə yaradılması xüsusi əhəmiyyət kəsb edən məsələlərdən olub. Belə ki, 1970-ci il oktyabrın 27- Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilməklə respublikanın ədliyyə tarixində yeni mərhələnin əsası qoyulub. Məhz o vaxtdan adıçəkilən nazirlik Ali Məhkəmə istisna olmaqla, bütün başqa məhkəmə orqanlarına təşkilati rəhbərliyi məhkəmə idarəçiliyini reallaşdırıb, əhaliyə hüquqi yardımı, notariat fəaliyyəti məhkəmə ekspertizasının aparılmasını, hüquqi biliklərin təbliğini həyata keçirib. Ədliyyə sisteminin müasirləşən fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul olunub, ən başlıcası isə ədliyyə işinin gələcək inkişafına hərtərəfli zəmin yaradılıb.

Ümummilli lider Heydər Əliyev ölkədə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra da Azərbaycan Ədliyyəsinin həyatında əsaslı dövr başlandı. Bu dövr ədliyyə sisteminin sürətli inkişafı, fəaliyyət istiqamətlərinin, funksiya səlahiyyətlərinin genişlənməsi, işinin strukturunun təkmilləşməsi, öz mahiyyətinə uyğun hüquqi dövlət demokratik cəmiyyətlər üçün zəruri olan missiyalarını əldə etməsi ilə xarakterikdir. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində 1993-2003- illərdə hüquqi demokratik Azərbaycan Respublikasının qurulmasında ədliyyə orqanları diqqətdən kənarda qalmamış bu qurumlara qayğı ilə yanaşılmışdır. Bu qayğının sayəsində Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri yenidən müəyyənləşdirilərək təkmilləşdirilmiş, ədliyyə fəaliyyətinin zamanın tələblərinə cavab verməsi üçün müvafiq struktur dəyişiklikləri aparılmış, bir çox yeni qurumlar yaradılmışdır.

Ümummilli lider Heydər Əliyev Azərbaycan Ədliyyəsinə daim xüsusi diqqət qayğı göstərmişdir. 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr Ədliyyə işçilərinin peşə bayramını təsis etməklə ulu öndər Heydər Əliyev ədliyyə tarixinin səhifəsinə özünün daha bir şərəfli imzasını atmışdır. Bu yüksək etimad diqqət hər bir ədliyyə işçisi tərəfindən dərin minnətdarlıq iftixar hissi ilə qarşılanır. Bütün mənalı həyatını öz xalqına bəxş edən Heydər Əliyevin siyasi dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrildi.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ədliyyə məhkəmə-hüquq islahatları son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilib. Ötən müddətdə Azərbaycanın hərtərəfli inkişafı, insan hüquq azadlıqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq məhkəmə-hüquq islahatlarının da keyfiyyətcə yeni mərhələyə keçməsinə zəmin yaratmış, məhkəmə sisteminin müasirləşdirilməsinə xidmət göstərmişdir. Eyni zamanda, dövlət başçısının 18 aprel 2006- il tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq-mühafizə orqanı statusu verilmiş, habelə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının 26 may 2006- il tarixli Qanunu qəbul olunmuş "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006- il tarixli Fərman imzalanmışdır.

Ədliyyə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən islahatlar çərçivəsində nazirliyin fəaliyyət istiqamətləri genişləndirilmiş, o cümlədən yerlərdə ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, onlara nəzarətin gücləndirilməsi, əhalinin bu qurumlara müraciət etmək imkanlarının asanlaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəsinin artırılması üçün möhtərəm Prezident İlham Əliyevin "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006- il tarixli, 446 nömrəli Fərmanı ilə regional ədliyyə şöbələri yaradılmışdır. Azərbaycan ədliyyəsinə daim yüksək diqqət qayğı göstərən dövlət başçısı tərəfindən 18 noyabr 2016- il tarixli, 1119 nömrəli Fərmanla "Ədliyyə orqanlarının inkişafı haqqında" sözügedən Fərmana edilmiş dəyişikliklər ilə regional ədliyyə şöbələrinə idarə statusu verilmişdir.

Son illər ərzində Azərbaycanda məhkəmə-hüquq sistemində aparılmış köklü islahatlar öz bəhrəsini verir. İnsanların məhkəmə orqanlarının qərarlarına inamı artır. Azərbaycanda hüquqi dövlət quruculuğu uğurla həyata keçirilir. Qəbul edilmiş qərarlar, məhkəmə-hüquq sistemində yeniliklər, o cümlədən dünyada mövcud olan ən mütərəqqi təcrübənin Azərbaycanda tətbiq edilməsi bunun bariz nümunəsidir.

Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirilən hərtərəfli islahatların mühüm tərkib hissəsi olan "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli fərmanı ilə bu sahədə yeni bir mərhələnin əsası qoyulub. Qeyd olunan fərman ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması məhkəmə-hüquq orqanlarının şəffaflaşdırılması ilə bağlıdır. Ədliyyə sisteminin inkişafının strateji prioritetlərini müəyyənləşdirməklə bu sahədə aktual məsələlərin problemlərin həllini nəzərdə tutan sənəd mühüm əhəmiyyətə malik proqram xarakterli "yol xəritəsi"dir. Bu "yol xəritəsi"nin əsas məqsədi müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirməklə onun keyfiyyətini səmərəliliyini yüksəltmək, bütövlükdə məhkəmə hakimiyyətinə ictimai etimadı, əlçatanlığı fəaliyyətində şəffaflığı artırmaqdır. Fərman iqtisadi artımda mühüm əhəmiyyət daşıyan sahibkarlığın inkişafı, məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmə fəaliyyətinə müdaxilələrin qarşısının alınması, hakimlərin yükünün azaldılması, icraatın səmərəliliyinin artırılması, məhkəmə qərarlarının icrası sahəsinin təkmilləşdirilməsi süründürməçilik hallarının aradan qaldırılması, icranın alternativ mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi s. problemlərin həllində qarşıya mühüm vəzifələr qoyub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət dərin islahatlar nəticəsində əldə edilən çoxsaylı uğurlar sırasında ən uca zirvədə 2020-ci ilin 27 sentyabr - 10 noyabr tarixinə kimi davam edən 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan ordusunun Ermənistan üzərində qazandığı parlaq Qələbə dayanır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bu Qələbə Azərbaycanın dövlətçilik müharibə tarixinə qızıl hərflərlə yazıldı. Çünki bu Zəfər ölkəmizin ərazi bütövlüyünü təmin etdi, Ermənistanın işğalçılıq siyasətinə son qoydu Azərbaycan Respublikası vətəndaşlarının dünya azərbaycanlılarının qürurunu özünə qaytardı.

Xalqımız əmindir ki, ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarını uğurla davam etdirən ölkə rəhbərinin müdrik, qətiyyətli milli maraqların təmin olunmasına yönəlmiş uzaqgörən siyasəti Azərbaycanımızı daha parlaq gələcəyə aparacaqdır.

Ümummilli lider, müdrik rəhbər, dahi şəxsiyyət Heydər Əliyevin ömür yolu Vətənə, xalqa xidmət nümunəsidir onun əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Qədir PAŞAYEV,

Xaçmaz Regional Ədliyyə İdarəsinin

rəis müavini, ədliyyə müşaviri.