Azərbaycan tarixinə adını qızıl hərflərlə yazdıran dahi Lider
Siyasət

Azərbaycan tarixinə adını qızıl hərflərlə yazdıran dahi Lider

Azərbaycan xalqının böyük oğlu, dahi şəxsiyyət, əbədiyaşar lider Heydər Əlirza oğlu Əliyev 1923- il mayın 10-da Naxçıvanda anadan olub. 1944- ildən təhlükəsizlik orqanları sistemində çalışmış ümummilli lider 1964- ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə Heydər Əliyev Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən ulu öndər SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib SSRİ-nin rəhbərlərindən biri olub. 1987-ci ilin oktyabrında Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990- ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar hadisənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı həyata keçirilən cinayətin təşkilatçıları icraçılarının cəzalandırılmasını tələb edib. 1990- ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə Azərbaycan Ali Sovetinə deputat seçilib. 1991-1993- illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

Dahi lider 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993- il iyunun 15- Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24- Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993- il oktyabrın 3- isə ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. 1998-ci il oktyabrın 10-da keçirilən növbəti prezident seçkilərində ulu öndər yenidən Azərbaycan Respublikasının Prezidenti olub.

Azərbaycanın bugünkü iqtisadi sosial inkişafı, hərbi qüdrəti, diplomatik əlaqələri, sənaye gücü məhz ulu öndərin adı xidməti ilə bağlıdır. Hər zaman Azərbaycan xalqının tarixinin yaddaşında böyük lider, vətənpərvər, sülhsevər, humanist, mədəni, sadə insan kimi əbədi yer tutan, bütün həyatını Azərbaycan xalqına həsr edən Heydər Əliyev Azərbaycan Respublikasının tərəqqisi yolunda mühüm addımlar atmış, əhəmiyyətli nəticələr əldə etmişdir. Heydər Əliyevin sayəsində Azərbaycan vətəndaşlarının rifah səviyyəsi yüksəlmiş, ölkə daxilində təhlükəsizlik bərqərar olmuş, iqtisadiyyatda canlanma baş vermişdi.

Hər zaman xalqın yanında olan, qayğıkeş rəhbər Heydər Əliyev Azərbaycanın gələcəyi naminə elm təhsil, sənaye, hərbi, iqtisadi, səhiyyə, nəqliyyat, mədəniyyət sahələrində islahatlar aparmış, bu sahələrin inkişafı üçün irimiqyaslı layihələr hazırlamışdı. Ulu öndərin 1969-1982, 1993-2003- il hakimiyyət dövrü Azərbaycanın yeni dönüş nöqtəsi olmuşdur. 1993- ildə ölkədə baş verən vətəndaş müharibəsinin qarşısını almaq üçün Azərbaycan xalqı təkidlə Heydər Əliyevin hakimiyyətə qayıtmasını xahiş etdi. 1993- il iyunun 15- ümummilli liderin hakimiyyətə qayıdışı Azərbaycanın şanlı tarixində Milli Qurtuluş Günü kimi qeyd olunur.

Əvəzolunmaz xidmətləri ilə xalqın rəğbətini qazanan ümummilli lider Heydər Əliyevin yolu, şərəf yoludur. Milli şüurun oyanışı, inkişaf Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi dönməz xarakter almışdır.

Dövrünün ən nüfuzlu siyasətçiləri dövlət xadimləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycan dövlətinin xalqın dünyada layiqincə tanıdılmasında əvəzsiz rol oynamışdır. Eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma prinsipləri əsasında ədalətli həlli istiqamətində bütün gücünü əzmini səfərbər etmişdir. Ulu öndərin əsasını qoyduğu güclü iqtisadi inkişafın, ordu quruculuğunun nəticəsində Azərbaycan 44 günlük Vətən müharibəsində şanlı Zəfərə imza atdı.

Dövlətçilik salnaməmizdə silinməz izlər qoyan, milli qürur iftixar mənbəyimiz olan ümummilli lider Heydər Əliyevin əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq. Onun zəngin çoxşaxəli irsi xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq, təbliğ etmək isə hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Ölkəmizdə müstəqillik illərində iqtisadiyyatın bütün sahələrində qazanılmış nailiyyətlər, yaradılmış iqtisadi, sosial, elmi-texniki, maliyyə potensialı, insan kapitalı, təhsilin dünya standartlarının tələbləri səviyyəsində müvafiq təşkili idarə edilməsi, istehsal qeyri-istehsal sahələrinin infrastrukturunun yenidən formalaşdırılması, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan xalqının müasir tarixinin yaradıcısı, müstəqil dövlətimizin qurucusu ulu öndər Heydər Əliyevin müəllifliyi rəhbərliyi ilə həyata keçirilən islahat inkişaf xarakterli dövlət proqramları, inkişaf konsepsiyaları strategiyaları nəticəsində mümkün olmuşdur.

Müstəqil Azərbaycan ulu öndərin indiki gələcək nəsillərə əmanəti, onun zəngin çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Ölkə iqtisadiyyatının bütün sahələrinin davamlı dayanıqlı inkişafının təmin edilməsinin əsasını təşkil edən, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli iqtisadi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqil Azərbaycan işıqlı sabahlara doğru inamla addımlayır.

Məlahət MƏMMƏDOVA,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində

Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi,

filologiya üzrə fəlsəfə doktoru.