“Azərbaycan Sənaye Sığorta” ASC
Reklam və elanlar

“Azərbaycan Sənaye Sığorta” ASC

"AZƏRBAYCAN SƏNAYE SIĞORTA" AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN TƏSİSÇİLƏRİNƏ: AUDİTOR HESABATI

Müsbət Rəy

Biz "Azərbaycan Sənaye Sığorta" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra Cəmiyyət) 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətinə dair hesabatından, məcmu gəlirlərə dair hesabatından, kapitalda dəyişikliklər hesabatından və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışıq.

Hesab edirik ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun otaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

Rəy üçün əsaslar

Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışam. Bu standartlar üzrə bizim məsuliyyətlərim əlavə olaraq hesabatımın "Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz Azərbaycan Respublikasındakı maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə uyğun yerinə yetirmişik. Hesab edirik ki, əldə etdiyim audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və Cəmiyyətin idarə edilməsinə məsul şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunda fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetməyə məsul şəxslər Cəmiyyətin maliyyə hesabatlarının təqdimetmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizin də daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Azərbaycan Respublikasının Auditorlar

Palatası tərəfindən verilmiş

İcazə (Lisenziya) SA/319 03.02.2021-ci il

17 fevral 2022-ci il

Bakı, Azərbaycan Respublikası                          F.X.Xoyski  98a

E-mail: [email protected]                      Tel. (051) 700-71-55

"ECONOMIK CHA" MMC (İCAZƏ-AT/206 09 yanvar 2020-ci il)

Direktor:                       Cəfərova Sevda Teymur qızı.