Azərbaycan-Rusiya Birgə Komissiyasının 20-ci görüşü keçirilib
Digər xəbərlər

Azərbaycan-Rusiya Birgə Komissiyasının 20-ci görüşü keçirilib

“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişə” əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 20-ci görüşü keçirilib. Görüş COVİD-19 pandemiyası ilə əlaqədar Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də videokonfrans şəklində təşkil olunub.

ASC-nin nümayəndəsi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin şöbə müdirləri Əjdər Cavadov, Elxan Hüseynov və komissiyanın üzvləri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.

Görüşdə bir sıra məsələlər müzakirə olunub. Belə ki, Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü və monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılıb. Müzakirələr nəticəsində görüləcək tədbirlər barədə birgə müvafiq protokol imzalanıb.

AZƏRTAC