Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində ABŞ-ın Avropa Komandanlığının nümayəndə heyəti ilə görüş
Digər xəbərlər

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində ABŞ-ın Avropa Komandanlığının nümayəndə heyəti ilə görüş

Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığının nümayəndə heyəti Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ilə görüşüb.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər arasında gələcək əməkdaşlıq perspektivləri üzrə müzakirələr aparılıb. ABŞ-ın Avropa Komandanlığı tərəfindən Agentliyin təlimatçılarına "Partlayıcı sursatların məhvedilməsi" üzrə müxtəlif səviyyəli yeni bilik və bacarıqları əhatə edən təlimlərin keçirilməsinə dair danışıqlar aparılıb. Həmçinin minatəmizləmə əməliyyatlarında istifadə edilən yeni avadanlıqların təqdim edilməsi və sınaqdan keçirilməsi barədə Avropa Komandanlığının təklifi Agentlik rəhbərliyi tərəfindən müsbət qarşılanıb.

Qeyd edək ki, nümayəndə heyəti sentyabrın 6-7-də Agentliyin Göygöl və Ağdamda yerləşən Regional mərkəzlərinə səfər edib. Səfər çərçivəsində qonaqlar ANAMA tərəfindən keçirilən təlimlər, eləcə də icra edilən humanitar minatəmizləmə əməliyyatları ilə tanış olublar.

AZƏRTAC