“Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 506; 2006, № 3, maddə 223; 2007, № 6, maddə 560; 2008, № 6, maddə 462, № 11, maddə 960; 2014, № 4, maddə 336; 2015, № 4, maddə 351; 2019, № 1, maddə 36; 2020, № 7, maddə 828; 2021, № 8, maddə 896, № 12, maddə 1319) aşağıdakı dəyişikliklər edilsin:

1. 5.2.1-ci və 6.1.2-ci maddələrə “mümkün olmadığı hallarda” sözlərindən sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin.

2. 11.1.2-ci maddəyə “müəyyən edildikdə” sözlərindən sonra “(“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 20 dekabr 2022-ci il