Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikasının Qanunu
Qanun

Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Ehtiyac meyarının həddi

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində təsdiq edilsin.

Maddə 2. Bu Qanunun qüvvəyə minməsi

Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 9 dekabr 2022-ci il