Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texnologiya Universiteti Aşağıdakı elm sahələri üzrə 2021-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya, dissertanturaya və elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul elan edir
Reklam və elanlar

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texnologiya Universiteti Aşağıdakı elm sahələri üzrə 2021-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya, dissertanturaya və elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul elan edir

Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texnologiya Universiteti Aşağıdakı elm sahələri üzrə 2021-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya, dissertanturaya və elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul elan edir

*** Dissertant hazırlığı üzrə adambaşına maliyyələşmə nəzərdə tutulmadığı üçün dissertanturada hazırlıq ali təhsil müəssisələrinin öz əməkdaşları üçün həmin müəssisənin hesabına, digər şəxslər üçün isə ödənişli olacaq.

Qəbul qaydaları:

1. Doktoranturaya və dissertanturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 iyul 2010-cu il tarixli 129 nömrəli “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları”na müvafiq olaraq aparılır.

2. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

3. Elmlər doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya ali təhsil pilləsinin müəyyən sahələri üzrə fəlsəfə doktorları, yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsahibə əsasında qəbul olunurlar.

4. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul olmaq üçün ancaq DİM-in (Dövlət İmtahan Mərkəzi) keçirdiyi xarici dil imtahanından minimal balı (25 bal) toplayan şəxslər sənədlərini təqdim edə bilərlər.

5. Qeydiyyat tarixi 01.07.2021-ci il tarixdən 15.07.2021-ci il tarixinədək (portal.edu.az saytı vasitəsilə onlayn formada) davam edəcəkdir.

6. Doktoranturaya sənəd qəbulunun “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilməsi planlaşdırılır. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinin tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək, təlimatlara (Təlimatlar əlavə edilir) uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

7. Fəlsəfə fənni üzrə imtahanların keçirilmə vaxtı 1-2-3 sentyabr tarixlərində, ixtisas imtahanının keçirilmə vaxtı isə 9-10 sentyabr tarixlərində təşkil ediləcəkdir.

8. Fəlsəfə fənni üzrə imtahan doktoranturaya qəbulu həyata keçirən ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatların tabe olduqları müvafiq qurumlar tərəfindən müəyyən olunmuş ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatlarda həyata keçirilir. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. İmtahanın məzmunu (proqramı) AMEA və Nazirlik tərəfindən birgə müəyyənləşdirilir.

9. Əlavə məlumat almaq istəyənlər Azərbaycan Texnologiya Universitetinin Magistratura və doktorantura şöbəsi ilə əlaqə saxlaya bilərlər.

Əlaqə vasitələri: Tel.: 022-267-03-91 (iş), 051-521-02-91 (Kamalə xanım, doktorantura üzrə mütəxəssis).