Azərbaycan Respublikası Prezidentinin “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 3 iyun tarixli 248 nömrəli, “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə” 2006-cı il 19 aprel tarixli 394 nömrəli və “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2006-cı il 29 dekabr tarix
Fərman

Azərbaycan Respublikası Prezidentinin “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 3 iyun tarixli 248 nömrəli, “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə” 2006-cı il 19 aprel tarixli 394 nömrəli və “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2006-cı il 29 dekabr tarix

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli 1456 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 485; 2006, № 11, maddə 948; 2008, №11, maddə 969; 2009, № 4, maddə 226, № 10, maddə 785; 2010, № 2, maddə 80; 2012, № 12, maddə 1242; 2013, № 5, maddə 494, № 12, maddə 1538; 2014, № 2, maddə 112, № 6, maddə 644, № 9, maddə 1027; 2016, № 2 (II kitab), maddə 251, № 8, maddə 1384; 2017, № 5, maddə 775, № 8, maddə 1521; 2018, № 9, maddə 1840) ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. II hissənin 1-ci bəndinin “Dövlət sirrinə aid edilən məlumatlar” sütununa ikinci halda “hazırlığını,” sözündən sonra “dövlət və” sözləri, “Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları” sütununa “(bundan sonra – Fövqəladə Hallar Nazirliyi)” sözlərindən sonra “, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi (bundan sonra – Dövlət Ehtiyatları Agentliyi)” sözləri əlavə edilsin;

1.2. IV hissənin 19-cu bəndinin “Dövlət sirrinə aid edilən məlumatlar” sütunundan birinci halda “ehtiyatlarının” sözü çıxarılsın və həmin bəndin “Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları” sütununa “Fövqəladə Hallar Nazirliyi” sözlərindən sonra “, Dövlət Ehtiyatları Agentliyi” sözləri əlavə edilsin.

2. “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 326; 2008, № 2, maddə 50, № 4, maddə 260, № 6, maddə 508; 2009, № 9, maddə 687, № 12, maddə 983; 2010, № 2, maddələr 83, 85; 2011, № 2, maddələr 85, 93; 2012, № 10, maddə 955; 2014, № 5, maddə 469, № 10, maddə 1181, № 12, maddə 1575; 2016, № 11, maddə 1796; 2017, № 1, maddə 62, № 3, maddə 357, № 9, maddə 1648, № 11, maddə 2017, № 12 (I kitab), maddə 2300; 2018, № 4, maddə 676, № 7 (I kitab), maddə 1452; 2019, № 5, maddə 816; 2021, № 7, maddə 727) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə” üzrə:

2.1.1. 1-ci hissədən və 7.1-ci bənddən “, dövlət material ehtiyatları fondlarının yaradılması” sözləri çıxarılsın;

2.1.2. 7.4-cü bənddən və 8.1.2-ci yarımbənddən “dövlət material ehtiyatları fondlarının yaradılmasını və idarə olunmasını,” sözləri çıxarılsın;

2.1.3. 8.1.1-ci yarımbənddən “Dövlət Material Ehtiyatları Agentliyi,” sözləri çıxarılsın;

2.1.4. 8.1.12-ci yarımbənd və 8.14-cü bənd ləğv edilsin;

2.1.5. 8.17-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.17. Nazirliyin cari material ehtiyatları fondunda maddi sərvətlərin yaradılmasına, saxlanılmasına, yenilənməsinə və istifadəsinə nəzarət etmək;”;

2.1.6. 9.1-ci bənddən “, dövlət material ehtiyatları fondlarının yaradılması və istifadəsi” sözləri çıxarılsın;

2.1.7. 9.13-cü bənddən “dövlət material ehtiyatlarının yeniləşdirilməsi üçün onların satışından daxil olan vəsaitlərdən,” sözləri çıxarılsın;

2.1.8. 10.1-ci bənddən “dövlət material ehtiyatlarının idarə olunması,” sözləri çıxarılsın;

2.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Strukturu”nun ikinci hissəsinin dördüncü abzası ləğv edilsin.

3. “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1058; 2008, № 11, maddə 980, № 12, maddə 1069; 2010, № 2, maddə 85; 2011, № 2, maddə 85; 2014, № 12, maddə 1579; 2015, № 9, maddə 997, № 11, maddə 1323; 2017, № 1, maddə 63, № 3, maddə 362, № 9, maddə 1649; 2019, № 3, maddə 409) 1.5-ci bəndi ləğv edilsin.

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 10 fevral 2022-ci il