Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli, “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli və “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci
Fərman

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli, “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli və “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90, № 7, maddə 625, № 11, maddə 996; 2012, № 9, maddə 853, № 11, maddə 1084; 2013, № 2, maddə 124, № 12, maddə 1525; 2014, № 7, maddə 789, № 9, maddə 1053; 2015, № 1, maddə 17, № 3, maddələr 263, 264, № 6, maddə 705, № 8, maddə 908, № 10, maddə 1134; 2016, № 3, maddə 437, № 5, maddə 859, № 6, maddələr 1051, 1072, № 9, maddə 1633; 2018, № 3, maddə 433, № 6, maddə 1245; 2019, № 1, maddə 73, № 2, maddə 245, № 5, maddə 845, № 6, maddə 1036, № 7, maddə 1232, № 8, maddə 1397, № 11, maddə 1718, № 12, maddə 1935; 2020, № 3, maddə 247, № 6, maddə 717, № 8, maddə 1036; 2021, № 4, maddə 318, № 8, maddə 922) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bəndə və 3.1.1-ci, 3.1.36-cı, 4.1.3-cü yarımbəndlərə “sosial sığorta,” sözlərindən sonra “dövlət icbari şəxsi sığorta,” sözləri əlavə edilsin;

1.2. 2.1.1-ci yarımbəndə “sosial sığorta” sözlərindən sonra “, habelə dövlət icbari şəxsi sığorta” sözləri əlavə edilsin;

1.3. 3.1.25-2-ci yarımbəndə “sosial sığortanın” sözlərindən sonra “, dövlət icbari şəxsi sığortanın” sözləri əlavə edilsin;

1.4. 3.1.28-2-ci yarımbənddə “sığortası” sözü “sığorta, dövlət icbari şəxsi sığorta” sözləri ilə əvəz edilsin;

1.5. aşağıdakı məzmunda 3.1.28-7-ci yarımbənd əlavə edilsin:

“3.1.28-7. dövlət icbari şəxsi sığorta vəsaitinin xüsusi xəzinə hesabında toplanmasını və Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xüsusi bank hesabına köçürülməsini təmin etmək;”.

2. “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2544; 2019, № 7, maddələr 1213, 1233, № 12, maddə 1935; 2020, № 8, maddə 1039; 2021, № 5, maddə 435, № 6 (I kitab), maddələr 579, 583, № 8, maddə 922, № 9, maddələr 983, 987; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 noyabr tarixli 1474 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”na aşağıdakı məzmunda 8-1-ci hissə əlavə edilsin:

8-1.

Dövlət icbari şəxsi sığorta ödənişlərinin təyin edilməsi

3. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 718; 2021, № 5, maddə 446, № 6 (I kitab), maddə 572, № 8, maddə 923) aşağıdakı dəyişikliklər edilsin:

3.1. həmin Fərmanla təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi” üzrə:

3.1.1. 1.1-ci bəndə “könüllü (əlavə) sosial sığorta,” sözlərindən sonra “dövlət icbari şəxsi sığorta,” sözləri əlavə edilsin;

3.1.2. aşağıdakı məzmunda 2.1.5-1-ci, 3.1.4-1-ci və 3.1.8-1-ci yarımbəndlər əlavə edilsin:

“2.1.5-1. sığortaolunanların və sığortalıların dövlət icbari şəxsi sığorta üzrə uçota alınmasını və uçotunun aparılmasını, sığortaolunanlara sığorta ödənişlərinin ödənilməsini təmin etmək;”;

“3.1.4-1. dövlət icbari şəxsi sığorta sahəsində sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların uçotunun aparılmasını, sığortalı tərəfindən sığorta haqlarının sığortaçıya ödənilməsinə nəzarəti, sığorta ödənişlərinin dövlət icbari şəxsi sığorta sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada və müddətdə verilməsini, sığorta ehtiyatlarının yaradılmasını, artırılmasını, habelə dövlət icbari şəxsi sığorta sahəsində digər işlərin görülməsini təmin etmək;”;

“3.1.8-1. hər bir sığortalıya və Nazirliyə sığorta ödənişlərinin icrasına dair məlumat təqdim etmək;”;

3.1.3. 3.1.9-cu və 3.2.12-ci yarımbəndlərə “sosial sığorta” sözlərindən sonra “və dövlət icbari şəxsi sığorta” sözləri əlavə edilsin;

3.1.4. aşağıdakı məzmunda 3.2.4-1-ci və 3.2.4-2-ci yarımbəndlər əlavə edilsin:

“3.2.4-1. sığortalıdan dövlət icbari şəxsi sığorta haqqını və rüblər üzrə hesabatları tələb etmək;

3.2.4-2. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə məlumatların əldə olunması mümkün olmadığı hallarda sığorta ödənişi almaq hüququ olan şəxsdən sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədləri və məlumatları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əldə etmək;”;

3.1.5. 3.2.11-ci yarımbəndə “sərbəst vəsaitin” sözlərindən sonra “və dövlət şəxsi icbari sığorta vəsaitindən formalaşdırılan sığorta ehtiyatının depozitə” sözləri əlavə edilsin;

3.1.6. 5.3-cü bəndə “məcburi dövlət sosial sığorta vəsaitindən,” sözlərindən sonra “dövlət icbari şəxsi sığorta sahəsində Azərbaycan Respublikasının müvafiq qanunlarına əsasən daxil olan dövlət icbari şəxsi sığorta vəsaitindən,” sözləri əlavə edilsin;

3.2. həmin Fərmanla təsdiq edilmiş “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”nə aşağıdakı məzmunda 3.1.16-1-ci yarımbənd əlavə edilsin:

“3.1.16-1. dövlət icbari şəxsi sığorta vəsaiti hesabına müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı işlərin maliyyələşdirilməsi məqsədilə müvafiq tədbirlər görmək;”.

4. Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir. 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 29 dekabr 2021-ci il