Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” 2013-c
Fərman

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” 2013-c

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 426-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 may tarixli 899 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 520, № 12, maddə 1550; 2015, № 10, maddə 1141; 2016, № 6, maddə 1054; 2017, № 5, maddə 778, № 12 (I kitab), maddə 2285; 2018, № 8, maddə 1706; 2019, № 12, maddə 1947) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü hissə və 4.1-ci bənd ləğv edilsin;

1.2. 5-ci hissədə “4.1-ci bəndi 2022-ci il yanvarın 1-dən, 4.2-ci bəndi isə” sözləri “4.2-ci bəndi” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 6, maddə 636; 2015, № 5, maddə 520; 2018, № 5, maddə 928; 2021, № 6 (I kitab), maddə 567) ilə təsdiq edilmiş “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.2.2-ci yarımbənddən “(və ya 15 yaşı tamam olmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı)” sözləri çıxarılsın;

2.2. 3.2.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.2.5. pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə ─ valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd.”;

2.3. aşağıdakı məzmunda 3.5-2-ci bənd əlavə edilsin:

“3.5-2. 18 yaşına çatmamış vətəndaşa pasport verilərkən valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı tələb olunur.”;

2.4. 3.11-ci və 3.27-ci bəndlərin “Qeyd” hissəsinə “vətəndaşın” sözündən əvvəl “15 yaşı tamam olmuş” sözləri əlavə edilsin;

2.5. 3.12-ci bəndin birinci cümləsinə “Vətəndaş” sözündən sonra “və ya onun qanuni nümayəndəsi” sözləri əlavə edilsin;

2.6. 3.13-cü bəndin birinci cümləsinə “vətəndaş” sözündən sonra “və ya onun qanuni nümayəndəsi” sözləri əlavə edilsin;

2.7. 3.19-cu bənd aşağıdakı redaksiyada verilsin:

“3.19. Bu Əsasnamənin 3.18-ci bəndində nəzərdə tutulmuş vəsatətə vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti əlavə edilir.”;

2.8. 4.1-ci bənddə “Vətəndaş pasportunu itirdikdə” sözləri “Pasport itirildikdə pasport sahibi və ya onun qanuni nümayəndəsi” sözləri ilə əvəz edilsin;

2.9. 4.2-ci bənddə “vətəndaş” sözü “pasport sahibi və ya onun qanuni nümayəndəsi” sözləri ilə əvəz edilsin;

2.10. 4.3-cü bəndin birinci cümləsində “Vətəndaş” sözü “Pasport sahibi və ya onun qanuni nümayəndəsi” sözləri ilə, “onun” sözü “pasport sahibinin” sözləri ilə əvəz edilsin;

2.11. 4.4-cü bəndin birinci cümləsində “vətəndaş” sözü “pasport sahibi və ya onun qanuni nümayəndəsi” sözləri ilə, həmin bəndin ikinci cümləsində “vətəndaşa” sözü (birinci halda) “həmin şəxsə” sözləri ilə, “vətəndaşa” sözü (ikinci halda) “pasport sahibinin və ya onun qanuni nümayəndəsinin müraciəti ilə” sözləri ilə əvəz edilsin;

2.12. həmin Əsasnaməyə 2 nömrəli əlavənin 2.1.3.1-ci yarımbəndində “doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı” sözləri “şəxsiyyət vəsiqəsi” sözləri ilə əvəz edilsin və həmin əlavənin 2.1.3.2-ci yarımbəndi ləğv edilsin;

2.13. həmin Əsasnaməyə 4 nömrəli əlavənin 2.1.3.1-ci yarımbəndindən “(və ya 15 yaşına çatmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı)” sözləri çıxarılsın və həmin əlavənin 2.1.3.2-ci yarımbəndi ləğv edilsin;

2.14. həmin Əsasnaməyə 6 nömrəli əlavənin 2.1.3.1-ci yarımbəndindən “(və ya 15 yaşına çatmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı)” sözləri çıxarılsın və həmin əlavənin 2.1.3.2-ci yarımbəndi ləğv edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1148, № 12, maddə 1549; 2015, № 10, maddə 1141; 2016, № 6, maddə 1055, № 10, maddə 1634, № 12, maddə 2078; 2017, № 8, maddə 1521, № 12 (I kitab), maddə 2285; 2018, № 1, maddə 48, № 5, maddə 929, № 8, maddə 1704, № 9, maddə 1833; 2019, № 12, maddə 1947) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.2-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşı şəxsiyyət vəsiqəsini onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin (bundan sonra ─ qanuni nümayəndəsinin), habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti ilə almaq hüququna malikdir.”;

3.2. 2.2.2-ci yarımbənddən “, yaxud fərdi identifikasiya kartı” sözləri çıxarılsın;

3.3. aşağıdakı məzmunda 2.2-1 ─ 2.2-3-cü bəndlər əlavə edilsin:

“2.2-1. 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti ilə bu Əsasnamənin 2.2-ci və 2.23-cü bəndlərində nəzərdə tutulmuş sənədlər əsasında həyata keçirilir.

2.2-2. 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi üçün vətəndaşın əl-barmaq izləri götürülmür, həmçinin gözlərinin rəngi və boyu haqqında tibbi arayış tələb olunmur.

2.2-3. 15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdirilir, lakin şəxsi imzası göstərilmir.”;

3.4. 2.3-cü bənddə “18 yaşı tamam olmamış” sözləri “15 yaşdan 18 yaşadək olan” sözləri ilə əvəz edilsin;

3.5. 2.7-ci bəndin birinci cümləsində “vətəndaşın şəxsiyyət vəsiqəsinin verilməsi (dəyişdirilməsi) barədə ərizə-anketinin” sözləri “şəxsiyyət vəsiqəsinin verilməsi (dəyişdirilməsi) barədə ərizə-anketin” sözləri ilə, ikinci cümləsində “Vətəndaşın ərizə-anketindəki” sözləri “Ərizə-anketdəki” sözləri ilə əvəz edilsin;

3.6. 2.8-ci bənddə “Vətəndaşın ərizə-anketindəki” sözləri “Ərizə-anketdəki” sözləri ilə əvəz edilsin;

3.7. 2.9-cu bənddə “vətəndaşın ərizə-anketi üzrə” sözləri “ərizə-anket üzrə” sözləri ilə əvəz edilsin;

3.8. 2.12-ci bənddən “vəsiqə sahibinin şəxsi imzası və” sözləri çıxarılsın, həmin bəndə “fotoşəkli” sözündən sonra “və 15 yaşı tamam olmuş vətəndaşın şəxsi imzası” sözləri əlavə edilsin;

3.9. aşağıdakı məzmunda 2.14-1-ci bənd əlavə edilsin:

“2.14-1. 15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına vətəndaşın ailə vəziyyəti, boyu, hərbi vəzifəsi, vətəndaşın gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları, habelə bu Əsasnamənin 2.14.4-cü, 2.14.6-cı, 2.14.7-ci və 2.14.13-cü yarımbəndlərində qeyd olunan məlumatlar daxil edilmir.”;

3.10. aşağıdakı məzmunda 2.22-1-ci bənd əlavə edilsin:

“2.22-1. 5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır.”;

3.11. 2.30-cu bəndə “vəsiqə sahibinin” sözlərindən sonra “və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin” sözləri əlavə edilsin;

3.12. 2.31-ci bəndə “vəsiqəsinin sahibinə” sözlərindən sonra “və ya onun qanuni nümayəndəsinə” sözləri əlavə edilsin və həmin bənddə “özü” sözü “vəsiqə sahibi” sözləri ilə əvəz olunsun;

3.13. 3.1-ci bənddə “Vətəndaş şəxsiyyət vəsiqəsini itirdikdə,” sözləri “Şəxsiyyət vəsiqəsi itirildikdə vəsiqənin sahibi və ya onun qanuni nümayəndəsi” sözləri ilə əvəz edilsin;

3.14. 3.2-ci bənddə “vətəndaş” sözü “vəsiqə sahibi və ya onun qanuni nümayəndəsi, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs” sözləri ilə əvəz edilsin;

3.15. 3.3-cü bəndin birinci cümləsində “Vətəndaş” sözü “Vəsiqə sahibi və ya onun qanuni nümayəndəsi, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs” sözləri ilə, “onun” sözü “vəsiqə sahibinin” sözləri ilə əvəz edilsin;

3.16. 3.4-cü bəndin birinci cümləsində “vətəndaş” sözü “vəsiqə sahibi və ya onun qanuni nümayəndəsi” sözləri ilə, həmin bəndin ikinci cümləsində “vətəndaşa” sözü (birinci halda) “həmin şəxsə” sözləri ilə, “vətəndaşa” sözü (ikinci halda) “vəsiqə sahibinin və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti ilə” sözləri ilə əvəz edilsin;

3.17. 4.3-cü bəndin birinci cümləsinə “cəzaya məhkum olunmuş” sözlərindən sonra “və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilən” sözləri, “cəzanı icra edən orqanlar” sözlərindən sonra “və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi” sözləri, həmin bəndin ikinci cümləsinə “sahibinə” sözündən sonra “və ya onun qanuni nümayəndəsinə, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsə” sözləri əlavə edilsin;

3.18. 6-cı hissə ləğv edilsin;

3.19. həmin Əsasnaməyə 1 nömrəli Əlavənin 2.1.3.1-ci yarımbəndindən “, yaxud fərdi identifikasiya kartı” sözləri çıxarılsın.

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 29 dekabr 2021-ci il