Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ndə, 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”ndə, 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ADA” Universitetinin Nizamnaməsi”ndə, 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsd
Fərman

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ndə, 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”ndə, 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ADA” Universitetinin Nizamnaməsi”ndə, 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsd

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 524; 2011, № 2, maddə 85; 2013, № 6, maddə 632; 2015, № 2, maddə 126; 2016, № 2 (II kitab), maddə 238, № 9, maddə 1478; 2017, № 5, maddə 784, № 7, maddə 1359; 2019, № 3, maddə 401; 2020, № 2, maddə 106; 2021, № 2, maddə 123) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin 5.9.3-cü yarımbəndindən “və digər kredit təşkilatlarında” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 804; 2016, № 11, maddə 1803; 2017, № 5, maddələr 787, 802, № 7, maddə 1363; 2018, № 4, maddə 698; 2019, № 3, maddə 401; 2020, № 2, maddə 106, № 6, maddə 698, № 7, maddə 868; 2021, № 2, maddə 123; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2056 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”nin 4.7.3-cü yarımbəndindən “və digər kredit təşkilatlarında” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 793; 2017, № 5, maddələr 788, 802, № 7, maddə 1364; 2019, № 2, maddə 221, № 3, maddə 402, № 7, maddə 1230; 2020, № 2, maddə 103; 2021, № 2, maddə 123; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2048 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “ADA” Universitetinin Nizamnaməsi”nin 2.9.3-cü yarımbəndindən “və digər kredit təsisatlarında” sözləri çıxarılsın.

4. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1585; 2016, № 7, maddə 1250, № 11, maddə 1803; 2017, № 5, maddələr 789, 802, № 7, maddə 1366; 2018, № 4, maddə 697; 2019, № 3, maddə 402, № 5, maddə 856, № 7, maddə 1230; 2020, № 2, maddə 103, № 6, maddə 698, № 7, maddə 868; 2021, № 1, maddə 36, № 2, maddə 123; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2048 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”nin 4.7.3-cü yarımbəndindən “və digər kredit təşkilatlarında” sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 665, № 8, maddə 1369; 2017, № 7, maddə 1332; 2019, № 3, maddələr 405, 411; 2020, № 4, maddə 397, № 7, maddə 895; 2021, № 2, maddə 125; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2055 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nin 4.10.8-ci yarımbəndindən “və digər kredit təsisatlarında” sözləri çıxarılsın.

6. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 134 saylı Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 253; 2005, № 4, maddə 299; 2008, № 6, maddə 496; 2011, № 7, maddə 655; 2013, № 6, maddə 684; 2017, № 5, maddə 886, № 11, maddə 2071; 2019, № 3, maddələr 442, 448; 2021, № 1, maddə 155; 2022, № 11, maddə 1298, № 12, maddə 1525; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 3782 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Nizamnaməsi”nin 1.8-ci bəndindən “və digər kredit idarələrində özünün” sözləri çıxarılsın.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 31 mart 2023-cü il