Azərbaycan Respublikası Prezidentinin “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 853-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2014-cü il 10 fevral tarixli 108 nömrəli, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2014-cü il 9 sentyabr tarixli 248 nömrəl
Fərman

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 426-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 853-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 fevral tarixli 108 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 115, № 11, maddə 1424) ləğv edilsin.

2. “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 9 sentyabr tarixli 248 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 9, maddə 1028; 2015, № 10, maddə 1141; 2016, № 8, maddə 1384; 2017, № 3, maddə 376; 2018, № 9, maddə 1834; 2019, № 3, maddə 421, № 12, maddə 1947) ləğv edilsin.

3. “Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 9 sentyabr tarixli 249 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 9, maddə 1029; 2015, № 10, maddə 1141; 2019, № 12, maddə 1948) ləğv edilsin.

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 29 dekabr 2021-ci il