Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2018-ci il 3 may tarixli 201 nömrəli, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun, işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” 2019-cu il 17 aprel tarixli 175 nömrəli, “DOST” mərkəzlərinin Nümunəvi  Nizamnaməsi”nin təsdiq edilməsi barədə” 2019-cu il 22 may tari
Hüquqi aktlar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2018-ci il 3 may tarixli 201 nömrəli, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun, işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” 2019-cu il 17 aprel tarixli 175 nömrəli, “DOST” mərkəzlərinin Nümunəvi  Nizamnaməsi”nin təsdiq edilməsi barədə” 2019-cu il 22 may tari

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 187-VIQD nömrəli Qanununun və “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 173 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 dekabr tarixli 1213 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 201 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 1111; 2019, № 2, maddə 360, № 3, maddə 550, № 7, maddə 1313; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 186 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci hissənin adından “məqsədi və fəaliyyət” sözləri çıxarılsın;

1.2. 2.1-ci bənd ləğv edilsin;

1.3. 3.0.1-ci yarımbənddə “qanunvericilik aktlarının” sözləri “normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin;

1.4. 4.0.6-cı yarımbəndə “təsərrüfat” sözündən əvvəl “sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq,” sözləri əlavə edilsin;

1.5. 5.4.7-ci yarımbənddən “törəmə” sözü çıxarılsın;

1.6. 5.4.11-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.4.11. Mərkəzin strukturuna, əməyin ödənişi fonduna, işçilərin say həddinə və onların əməkhaqlarının məbləğinə (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin), o cümlədən Mərkəzin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sisteminin müəyyənləşdirilməsinə dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir;”;

1.7. 5.6.5-1-ci və 5.6.6-cı yarımbəndlərdə “əməkhaqqı” sözü “əməyin ödənişi” sözləri ilə əvəz edilsin;

1.8.aşağıdakı məzmunda 6.4-1-ci bənd əlavə edilsin:

“6.4-1. Mərkəzin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.”.

2. “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun, işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 aprel tarixli 175 nömrəli Qərarının  (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 768) adında və 3-cü hissəsində “əməkhaqqı” sözü “əməyin ödənişi” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 236 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 969; 2022, № 2, maddə 182) ilə təsdiq edilmiş “DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2-ci hissənin adından “məqsədi və” sözləri çıxarılsın;

3.2. 2.1-ci bənd ləğv edilsin;

3.3.aşağıdakı məzmunda 3.2.12-1-ci yarımbənd əlavə edilsin:

“3.2.12-1. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;”;

3.4. 4.6.7-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.6.7. Mərkəzin strukturuna, əməyin ödənişi fonduna, işçilərin say həddinə və onların əməkhaqlarının məbləğinə (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin), o cümlədən Mərkəzin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sisteminin müəyyənləşdirilməsinə dair Agentliyə təkliflər verir;”;

3.5.aşağıdakı məzmunda 4.6.14-1-ci yarımbənd əlavə edilsin:

“4.6.14-1. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Mərkəzin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edir;”;

3.6. 4.6.15-ci yarımbənddə “əməkhaqqı” sözü “əməyin ödənişi” sözləri ilə əvəz edilsin;

3.7.aşağıdakı məzmunda 5.5-1-ci bənd əlavə edilsin:

“5.5-1. Mərkəzin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.”.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 305 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1328; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 186 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası  Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2-ci hissənin adından “məqsədi və” sözləri “çıxarılsın;

4.2. 2.1-ci bənd ləğv edilsin;

4.3. 3.0.1-ci yarımbənddə “qanunvericilik aktlarının” sözləri “normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin;

4.4. 4.0.19-cu yarımbəndə “muzeylər” sözündən əvvəl “sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq,” sözləri əlavə edilsin;

4.5. 5.6.5-ci yarımbənddən “törəmə” sözü çıxarılsın;

4.6.aşağıdakı məzmunda 5.6.15-1-ci yarımbənd və 6.4-1-ci bənd əlavə edilsin:

“5.6.15-1. Mərkəzin strukturuna, əməyin ödənişi fonduna, işçilərin say həddinə və onların əməkhaqlarının məbləğinə (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin), o cümlədən Mərkəzin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sisteminin müəyyənləşdirilməsinə dair Agentliyə təkliflər verir;

6.4-1. Mərkəzin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.”;

4.7. 5.11.8-ci yarımbənddə “əməkhaqqı” sözü “əməyin ödənişi” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 iyul tarixli 335 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1357; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 186 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının  Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2-ci hissənin adından “məqsədi və fəaliyyət” sözləri çıxarılsın;

5.2. 2.1-ci bənd ləğv edilsin;

5.3. 3.1.1-ci yarımbənddə “qanunvericilik aktlarının” sözləri “normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin;

5.4. 4.8.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.8.4. Mərkəzin işçilərinin əməkhaqlarının məbləği (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri), o cümlədən Mərkəzin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək;”;

5.5.aşağıdakı məzmunda 4.10-1 – 4.10-3-cü bəndlər əlavə edilsin:

“4.10-1. Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək direktora göndərir.

4.10-2.Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.

4.10-3. Şuranın katibi:

4.10-3.1.Şuranın iclaslarını təşkil edir;

4.10-3.2.bu Nizamnamənin 4.10-cu bəndinin birinci cümləsində nəzərdə tutulmuş vəzifəni icra edir;

4.10-3.3.Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanmaq üçün Şuranın üzvlərinə təqdim edir;

4.10-3.4.Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;

4.10-3.5.Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.”;

5.6. 4.17.11-ci və 4.17.12-ci yarımbəndlərdə “əməkhaqqı” sözü “əməyin ödənişi” sözləri ilə əvəz edilsin;

5.7. 7.3-cü bənddən “, habelə təsərrüfat cəmiyyətlərində” sözləri çıxarılsın.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 yanvar tarixli 15 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 72; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 23 may tarixli 205 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Hüquqi nəticə yaradan hərəkətləri dövlətin adından həyata keçirən, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxsin (statusu Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilən, habelə dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki publik hüquqi şəxslər istisna olmaqla) işlər görülməsindən və xidmət göstərilməsindən əldə etdiyi vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) həmin publik hüquqi şəxsin sərəncamında qalan hissəsindən istifadə Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 3.1-ci bəndin birinci və ikinci cümlələrində “əməkhaqqı” sözü “əməyin ödənişi” sözləri ilə əvəz edilsin;

6.2. 3.4-cü bənddə “Publik hüquqi şəxsin və tabeliyində olan qurumların işçilərinin əməkhaqqı” sözləri “İşçilərin əməyinin ödənişi” sözləri ilə əvəz edilsin. 

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri.

Bakı şəhəri, 16 avqust 2022-ci il