Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri ilə görüş olub
Digər xəbərlər

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri ilə görüş olub

Martın 2- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Petr Zix ilə görüşüb.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında məlumat verərək, Azərbaycan Respublikası ilə Avropa Şurası arasında səmərəli hüquq əməkdaşlığının vacibliyini qeyd edib. Ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar, insan hüquqlarının təmin olunması sahəsində məhkəmələrin qarşısında duran vəzifələr, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə əməkdaşlığın həmin məhkəmənin presedent hüququnun əhəmiyyəti vurğulanıb.

 Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Petr Zix Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq qarşılıqlı anlaşma əsasında həyata keçirilən bir sıra layihələr haqqında məlumat verib, bu əməkdaşlığın məhkəmə-hüquq sahəsində daha da genişləndirilməsinin xüsusi önəmini diqqətə çatdırıb. O, gələcəkdə Konstitusiya Məhkəməsi ilə əməkdaşlığın faydalı olacağına ümid etdiyini qarşılıqlı əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb.

Sonda sədr qurumlar arasında səmərəli əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu qeyd edib Petr Zixə ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb.