“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Fərman

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 66) 7-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 7.1.1-ci yarımbəndə “müəyyən edilməsi” sözlərindən sonra “, onların dəyişdirilməsi” sözləri əlavə edilsin.

2. 7.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“7.1.2. Agentliyin idarəetmə orqanlarının yaradılması;”.

3. Aşağıdakı məzmunda 7.1.3-cü yarımbənd əlavə edilsin:

“7.1.3. Agentliyin yenidən təşkili və ləğv edilməsi;”.

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 23 avqust 2022-ci il