AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİNİN MƏHKƏMƏ EKSPERTİZASI MƏRKƏZİ
Reklam və elanlar

AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİNİN MƏHKƏMƏ EKSPERTİZASI MƏRKƏZİ

2022-ci il üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli, 140s nömrəli sərəncamı ilə təsdiq edilmiş plana əsasən aşağıdakı ixtisaslara fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.

Doktorantura

İxtisasın şifri         Elm sahələri və ixtisaslar                                                      Büdcə hesabına

                                                                                                                         cəmi       əyani      qiyabi

5611.01              Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ                1                           1

5612.01              Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası;

                           əməliyyat-axtarış fəaliyyəti                                                        1                            1

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan, cari ilin iyun ayında xarici dil fənni üzrə Dövlət İmtahan Mərkəzində doktoranturaya qəbul imtahanından keçid balı toplamış Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər.

Dissertantura

İxtisasın şifri                Elm sahələri və ixtisaslar                                                 Büdcə   hesabına                                                     

5611.01            Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ                       2

5612.01           Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası;

                                əməliyyat-axtarış fəaliyyəti                                                                                    2

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul olunmaq üçün ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan, müvafiq tədqiqat sahəsində müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azı 2 (iki) il elmi və ya elmi-pedaqoji iş stajına malik, cari ilin iyun ayında xarici dil fənni üzrə Dövlət İmtahan Mərkəzində dissertanturaya qəbul imtahanından keçid balı toplamış elmi və elmi-pedaqoji kadrlar müraciət edə bilərlər.

Doktorantura və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

- ərizə (Məhkəmə Ekspertizası Mərkəzinin rəisinin adına);

- kadrların şəxsi-qeydiyyat vərəqəsi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı (surətləri əlavə edilməklə) və ya seçilmiş ixtisasa aid olan mövzu üzrə 15-20 səhifəlik referat;

- ali təhsil haqqında diplomların (diplomun) və qiymət cədvəllərinin notarial qaydada təsdiq olunmuş surətləri (xairici ölkələrdə təhsil almış vətəndaşlar üçün təhsil sənədinin tanınması barədə Təhsil Nazirliyinin şəhadətnaməsi);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olunmaq istəyənlər 2022-ci il sentyabrın 1 və 2-də fəlsəfə fənnindən, sentyabrın 9 və 12-də isə ixtisas fənnindən imtahan verəcəklər.

Doktorantura və ya dissertanturaya sənədləri təqdim edən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin "portal.edu.az" saytına daxil olmalı, orada "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Doktorantura və ya dissertanturaya sənədlərin qəbulu 2022-ci il aprelin 18-dən mayın 18-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Məhkəmə Ekspertizası Mərkəzində qəbul ediləcəkdir.

Əlavə məlumat üçün Məhkəmə Ekspertizası Mərkəzinin Elmi-tədqiqat və metodiki iş şöbəsinə müraciət etmək olar.

Ünvan: Bakı şəhəri, Xaqani küçəsi 24.

Telefon: 498-72-32

Elektron ünvan: [email protected]