Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Reklam və elanlar

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi

Ədalət mühakiməsinə çıxış imkanları və hüquqi maarifləndirmə - strateji əlaqələr və təbliğat

Maraqların İfadəsi üzrə Bildiriş № A.2/4.0-MX-AF

Azərbaycan Respublikası Hökumətinin Dünya Bankı ilə birgə icra etdiyi "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi çərçivəsində "Ədalət mühakiməsinə çıxış imkanları və hüquqi maarifləndirmə - strateji əlaqələr və təbliğat" fəaliyyətinin icrası nəzərdə tutulur. Fəaliyyətin məqsədi strateji kommunikasiyalar və təbliğat tədbirlərinin hazırlanması və yayılması vasitəsilə ədalət mühakiməsinə çıxışın və hüquqi maarifləndirmənin təkmilləşdirilməsindən ibarətdir. Fəaliyyətin ehtimal olunan müddəti 18 aydır.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məsləhətçi şirkətləri müsabiqədə iştirak edərək imkanlarını nümayiş etdirməyə dəvət edir. Maraq göstərən şirkətlər xidmətlərin göstərilməsi baxımından səriştəli olduqlarını sübut edən məlumatlar təqdim etməlidirlər.

Qısa siyahıya daxil olunması üçün məsləhətçi şirkət strateji kommunikasiya və təbliğat sahəsində əsaslı biliyə və ən azı 10 illik təcrübəyə malik olmalıdır. Məsləhətçi dövlət qurumlarında onlayn xidmətlərdən istifadə ilə bağlı elektron tədris vəsaitlərinin və kursların təşkili və həyata keçirilməsinə, bukletlər və radio anonsların hazırlanması və yayımı üzrə təcrübəyə, həmçinin son beş il ərzində icra olunmuş ən azı bir oxşar layihəyə dair məlumat təqdim etməlidir. Qısa siyahı mərhələsində məsləhətçinin əsas işçi heyətinin qiymətləndirilməsi aparılmayacaq. Texniki tapşırıq aşağıda göstərilən ünvandan əldə oluna bilər.

Məsləhətçi şirkət Dünya Bankının təlimatlarında: İnvestisiya Layihələrinin Maliyyələşdirilməsi çərçivəsində Borcalanlar üçün prosedurlar (Satınalma Qaydaları) ilə (iyul 2016-cı il, noyabr 2017-ci il və avqust 2018-ci il) nizamlanan Məsləhətçinin İxtisası seçim üsuluna əsasən seçiləcəkdir. Məsləhətçilər həmin təlimatların Bölmə III, 3.14, 3.16 3.17 nömrəli bəndlərində göstərilən "Dünya Bankının maraqların toqquşmasına dair siyasəti"nə diqqət yetirməlidirlər. Məsləhətçilər öz ixtisas bacarıqlarını gücləndirmək məqsədi ilə digər şirkətlərlə konsorsium/birgə müəssisə yarada bilərlər.

İştirakçılar məlumatları 2023-cü il fevral ayının 3-ü saat 18:00-dək aşağıda göstərilən ünvanlara ("Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi, AZ1073, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə, Azərbaycan, tel: +99412 510 85 60, faks: +99412 510 76 72; elektron poçt ünvanı: [email protected]) göndərə bilərlər.