Azərbaycan qaz təchizatının coğrafiyasını genişləndirir
Siyasət

Azərbaycan qaz təchizatının coğrafiyasını genişləndirir

Ölkəmizdən qaz idxal edən dövlətlərin sayı 6-dan 10-a çatacaq

Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna özünü tam təmin edən enerji sisteminə malikdir. Ölkəmiz təkcə milli regional səviyyədə deyil, həm dünya enerji sistemində həlledici rol oynayır, transmilli enerji bazarlarında özünəməxsus yer tutur. Avropanın enerji təhlükəsizliyində fəal iştirak edir ki, bu da Azərbaycanın planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir.

Dövlətimiz kənar təsirlərdən asılı olmayan milli enerji sektorunun yaradılması davamlı iqtisadi inkişafının təmin edilməsi məqsədilə çevik enerji siyasəti həyata keçirir. Bu siyasətin prioritet vəzifələri ölkənin təbii enerji ehtiyatlarının qorunması səmərəli istifadəsi, milli energetika sektorunun inkişafı, əhalinin iqtisadiyyatın neftə, qaza, elektrik enerjisinə digər enerji daşıyıcılarına olan daxili tələbatının tam davamlı təminatı, xarici ölkələrin Xəzər bölgəsindəki beynəlxalq, regional yerli enerji maraqlarının təhlükəsizliyinin respublikanın milli maraqları ilə əlaqələndirilməsi, ölkənin enerji təhlükəsizliyindən irəli gələn digər strateji məsələlərin həllindən ibarətdir.

Azərbaycan hər bir layihənin vaxtında uğurla başa çatmasına səy göstərir. Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsinin mühüm amillərindən biri yüksək səviyyədə qarşılıqlı etimaddır. Prezident İlham Əliyev bunu, eyni zamanda qarşılıqlı həmrəylik adlandırır.

2022-ci ilin iyulunda Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Bu mühüm sənəd gələcək planlar üçün aydın yol xəritəsi kimi dəyərləndirilir. Avropaya qaz ixracının 2027-ci ilə qədər iki dəfə artırılması planlaşdırılır. Bu isə təsadüfi deyil, çünki ölkə kifayət qədər resurslara malikdir, qarşılıqlı siyasi iradə, yüksək səviyyədə etimad var. Ötən ilin oktyabrında enerji sektorunda daha bir uğurlu addım atıldı. Belə ki, Bolqarıstanın paytaxtı Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı oldu. Bu isə Azərbaycanın "Şahdəniz-2" yatağından hasil edilən təbii qazın Bolqarıstana çatdırılmasını təmin edəcək. Ümumilikdə, Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin axırında, daha dəqiq desək, dekabrın 31- Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin - TAP-ın işə düşməsi ilə başlayıb. Hazırda Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya İtaliya Azərbaycan qazının alıcılarıdır. Azərbaycan qazına tələbat isə artır.

Ötən ilin dekabrında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolunu artıran daha bir mühüm sənədə imza atıldı. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan Respublikası, Rumıniya Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması birgə səmərəli fəaliyyətin zəruriliyini bir daha təsdiqlədi. İmzalanma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev sazişə imza atan dövlətlərin Avropa İttifaqı ilə sıx əməkdaşlıq əlaqələndirmə şəraitində bir komanda kimi işləməsi ilə bağlı çağırış da etdi.

Aprelin 25- Bolqarıstanın paytaxtı Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları SOCAR arasında Anlaşma Memorandumu imzalanıb. İmzalanma mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, "bu ilin sonuna qədər bütün zəruri interkonnektorların mövcudluğu şərtilə Azərbaycan Macarıstan Slovakiyaya qaz nəqlinə başlamağı planlaşdırır". SOCAR Albaniya hökuməti ilə həmin ölkədə qazpaylayıcı sistemin yaradılması üçün danışıqlar aparır. Hələlik Albaniya SGC marşrutu üzrə yalnız tranzit ölkə kimi çıxış edir. Prezident deyib: "Biz qaz təchizatımızın coğrafiyasını 6 ölkədən ən azı 10 ölkəyə qədər genişləndirəcəyik. Mən "ən azı" ona görə deyirəm ki, fikrimcə, bu, planların sonu deyil. Biz Avropanın qaz bazarında fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq".

Dövlət başçısı xatırladıb ki, 2023- ildə qaz ixracı (ümumilikdə , Türkiyə Gürcüstana) 24,5 milyard kubmetr təşkil edəcək, bunun 11-12 milyard kubmetri Avropaya (bu, TAP-ın maksimal cari ötürmə gücüdür), 10,2 milyard kubmetri Türkiyəyə, qalanı isə Gürcüstana nəql ediləcək. Anlaşma Memorandumunun imzalanma mərasimində Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycanın təkcə Bolqarıstanın deyil, həm Avropa İttifaqının strateji tərəfdaşı olduğunu deyib, bunun ötən ilin iyulunda, Azərbaycanın Avropa Komissiyası ilə enerji sektorunda strateji əməkdaşlığa xüsusilə Avropa İttifaqına əlavə həcmdə qaz təchizatına dair Memorandum imzalaması ilə təsdiq edildiyini bildirib. Gələcəyin enerjisi - yaşıl hidrogenin nəqli məsələsindən danışarkən Bolqarıstan Prezidenti daha bir mühüm xəbəri çatdırıb: "... Bolqarıstanın tənzimləyici qurumu artıq SOCAR Tradingə Avropa ərazisində təbii qaz ticarəti ilə məşğul olmaq üçün lisenziyasını təsdiqləyib".

Qeyd edək ki, Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü "Həmrəylik halqası" adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.

Cari ildə Azərbaycan Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır həmçinin ölkəmizin bərpaolunan enerjinin istehsalı ixracı mənbəyinə çevrilməsi istiqamətində çalışır.

Zümrüd QURBANQIZI,

"Respublika".