Azərbaycan orta aylıq pensiya məbləğinə görə MDB ölkələri, Gürcüstan və Ukrayna üzrə sıralamada ilk yerə yüksəlib
Sosial həyat

Azərbaycan orta aylıq pensiya məbləğinə görə MDB ölkələri, Gürcüstan və Ukrayna üzrə sıralamada ilk yerə yüksəlib

Sosial islahatlar nəticəsində ölkəmizdə pensiyalarda artım dinamikasının nəticəsi olaraq, orta aylıq pensiyanın beynəlxalq dollar ifadəsində məbləğlərinin MDB ölkələri, Gürcüstan Ukrayna üzrə müqayisəli sıralamasında Azərbaycan artıq ikinci yerdən birinci yerə yüksəlib.

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, eyni zamanda, ölkəmiz minimum orta aylıq pensiya göstəricilərinin Alıcılıq Qabiliyyəti Pariteti əsasında hesablanmış dollar ifadəsində həmin sıralamada ilk yeri tutmaqda davam edir.

Minimum aylıq əməkhaqqının dollar ifadəsində məbləği Alıcılıq Qabiliyyəti Pariteti üzrə müqayisəsində qeyd olunan sıralamada ölkəmiz 4- yerdən 3- yerə yüksəlib.