Azərbaycan Ordusunun Baş Qərargah rəisi Tbilisidə Ulu Öndərin abidəsini ziyarət edib
Sosial həyat

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Tbilisidə Ulu Öndərin abidəsini ziyarət edib

Gürcüstanda rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 28-də Tbilisi şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyəti abidə önünə əklil qoyub və Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad edib.

Azərbaycan Ordusunun Baş Qərargah rəisini Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov, səfirliyin əməkdaşları müşayiət ediblər.

AZƏRTAC