Azərbaycan
Siyasət

Azərbaycan "OPEC+"un qeyri-üzv dövlətlər siyahısında xüsusi yerə malikdir

OPEC - Neft İxrac Edən Ölkələr Birliyi neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədilə yaradılan beynəlxalq təşkilatdır.

OPEC-ə üzv ölkələrin iqtisadiyyatı əsasən neftdən asılıdır. Yaradılması ötən əsrə təsadüf edən təşkilatın Azərbaycanla əməkdaşlığı 2016- ildə başlayıb. Hazırda Azərbaycan Qeyri-OPEC ölkələri siyahısında təşkilata üzvdür. Azərbaycanla yanaşı, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan təşkilatla "OPEC plus" formatında sıx əməkdaşlıq edir.

Burada əsas məqsəd dünya neft bazarında tələb təklifin uzlaşmasına nail olmaqdır. OPEC+ ölkələri neft hasilatını ixracını məhdudlaşdırmaq ya artırmaq qərarlarını qəbul edərkən, həm öz ölkələrinin, həm dünya neft bazarının maraqlarını nəzərə alırlar. Bu qərarlar neft qiymətlərini təyin edir dünya iqtisadiyyatına böyük təsir göstərir. Həmçinin Azərbaycanın neft qaz hasilatı ixracını qrupun təklif etdiyi müvafiq səviyyədə saxlamağını təmin edir. OPEC+ ölkələrinin əsas məqsədi, neft hasilatını ixracını idarə, neftin dünya bazarında qiymətinin sabit sürətli artımını təmin etməkdir. Ölkəmizin OPEC+ tərəfindən dəstəklənməsi, onun neft qaz sektorunda inkişaf etməsinin bir göstəricisidir. Bu, Azərbaycanın neft qaz sahəsində dünya bazarında oynadığı rolu da artırır. Bu isə ölkənin neft qaz sektorunda investisiyalarının artması, yeni layihələrin başlaması yerlərinin yaradılması deməkdir. Ölkəmizin neft qaz sektorundakı inkişafı, dünya neft bazarındakı yeri, həm ölkənin daxili iqtisadiyyatındakı canlanma göz önündədir.

Azərbaycan bir sıra beynəlxalq tədbirlərin, konfransların ən mühüm ev sahibidir. 2019-cu ildə "OPEC plus" ölkələrinin iclası keçirilib. Bu zaman Prezident İlham Əliyev OPEC-in baş katibi Məhəmməd Barkindonu qəbul edib. Ölkə başçımız Bakının dünyada neftin vətəni olduğunu vurğulayaraq, tədbirin paytaxtımızda keçirilməsinin rəmzi xarakter daşıdığını bildirib. Görüş zamanı Məhəmməd Barkindo qeyd edib ki, Prezident İlham Əliyev "OPEC plus" formatında iclasın keçirilməsi təşəbbüsü ilə çıxış edən ilk dövlət başçısıdır. O, Prezident İlham Əliyev tərəfindən bu təşəbbüsün 2016- ildə Davosda irəli sürüldüyünü məmnunluqla xatırladıb. Ölkə başçımızın bu təşəbbüsünün artıq reallığa çevrildiyini qeyd edən Məhəmməd Barkindo bu işdə Prezident İlham Əliyevin baxışlarını liderliyini yüksək qiymətləndirib. O, ümumiyyətlə, "OPEC plus" formatında əməkdaşlığın başlandığı ilk gündən Azərbaycanın bu proseslərdə fəal iştirak etdiyini vurğulayıb.

Azərbaycanın nefti ölkə olaraq regionda gördüyü işlər danılmaz faktdır. Bundan başqa, ötən il dekabrın 18- Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının investisiya nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı Xalid bin Əbdüləziz Əl-Falih Azərbaycana OPEC+ çərçivəsində əməkdaşlıq Səudiyyə Ərəbistanının bir sıra beynəlxalq tədbirlərə evsahibliyi etməsində verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Azərbaycan iştirakçı qismində olmasına baxmayaraq, ilk qoşulduğu zamandan bu yana külli miqdarda neft ixrac edib. 2016- ildə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. İlin birinci yarısı üçün nəzərdə tutulmuş Vyana Bəyannaməsinə uyğun olaraq Azərbaycan 834 min barrel öhdəlik götürüb. Bundan sonra hasilatın azaldılması ilə əlaqədar razılaşma 2018-ci ilə qədər uzadılıb, ölkəmiz buna razılıq verib. Elə həmin ildə Vyana şəhərində OPEC-in "Neft-Dayanıqlı gələcək üçün əməkdaşlıq" mövzusunda keçirilən 7-ci Beynəlxalq seminarında Azərbaycan nümayəndəsi "Dünya iqtisadiyyatı üçün neftin gələcəyi" adlı beşinci sessiyada çıxış edib. İclasda hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı əldə olunan razılaşmasını Azərbaycan da dəstəkləyib. Ötən il OPEC-ə üzv qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 34- iclasında "Əməkdaşlıq Bəyannaməsi"nin iştirakçı ölkələrinin cari ilin avqust ayındakı kvotalarına nəzərən müəyyənləşdirilmiş öhdəlikləri sabit saxlanılıb. Azərbaycanın da ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barrel həcmində olmaqla dəyişməz qalıb. Bu il iyunun 4- Vyanada keçirilən OPEC-ə üzv qeyri-üzv ölkələrin nazirlərinin 35-ci iclasında "Əməkdaşlıq Bəyannaməsi" ölkələrinin 2024- il üçün gündəlik ümumi xam neft hasilatının səviyyəsini tənzimləyən qərar qəbul olunub. Razılaşmaya əsasən, gələn il gündəlik xam neft hasilatı Azərbaycan üçün 551 min barrel həcmində müəyyən edilib. Üzv qeyri-üzvlər arasındakı növbəti görüş bu il noyabrın 26-na təyin edilib.

Töhfə SƏMƏDOVA,

"Respublika".