Azərbaycan ombudsmanı Ukraynada həbsdə olan vətəndaşlarımızla bağlı ukraynalı həmkarına müraciət edib
Digər xəbərlər

Azərbaycan ombudsmanı Ukraynada həbsdə olan vətəndaşlarımızla bağlı ukraynalı həmkarına müraciət edib

Ukraynada həbsdə olan vətəndaşlarımız Misir Qasımlı və Sübhan Quliyevlə əlaqədar Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva tərəfindən Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Dmitri Lubinetsə müraciət ünvanlayıb.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Ombudsman Aparatından bildirilib.

Qeyd olunub ki, vəkil Dobranitsa Valeriy Mixayloviç hüquqlarını müdafiə etdiyi Azərbaycan vətəndaşları Qasımlı Misir Elman oğlu və Quliyev Sübhan Babək oğlu barəsində başlanmış cinayət işinin istintaqı zamanı prosessual hüquq pozuntularına yol verilməsi, hazırda isə Ukraynanın Kiyev vilayəti üzrə Obuxov Rayon Məhkəməsində işə qeyri-obyektiv baxılması ilə bağlı ombudsman Səbinə Əliyevaya müraciət edib.

S.Əliyeva məsələ ilə bağlı Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Dmitri Lubinetsə məktub ünvanlayıb və adıçəkilən vətəndaşlarımızın hüquqlarının səmərəli müdafiəsi və təminində səlahiyyətləri çərçivəsində kömək göstərilməsini xahiş edib.

AZƏRTAC