Azərbaycan nümayəndə heyəti Anıtqəbiri ziyarət edib
Sosial həyat

Azərbaycan nümayəndə heyəti Anıtqəbiri ziyarət edib

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbiri ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Müdafiə Nazirliyinin nümayəndə heyəti Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Müdafiə naziri Xatirə kitabına ürək sözlərini yazıb.

Səfər fevralın 2-dək davam edəcək.

AZƏRTAC