Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası
Digər xəbərlər

Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) iclası keçirilib.

İK-nin iclasının iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edən qurumun vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, İcraiyyə Komitəsinin gündəliyindəki məsələlər 2022-ci ilin idman yekunları, 2023-cü ilin idman tədbirləri haqda fikir mübadiləsi aparıldıqdan sonra MOK-un 30 illik yubiley tədbirləri haqqında xüsusi təqdimatı iclas iştirakçılarının diqqətinə çatdırıb. Cari məsələlərin müzakirəsindən sonra dövlət tərəfindən verilmiş mükafatların təqdimatı keçirilib. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə və idmanının inkişafında xidmətlərinə görə Zemfira Meftahəddinova, Rəfiqə Şabanova, Xəzər İsayev, Nazir Rəhimov Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu, Murad Fərzəliyev və Mehman Kərimov "Tərəqqi" medalı ilə təltif olunublar. Nazim Hüseynov və Vaqif Əliyevə isə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı verilib. İdmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ağacan Abıyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Mustafa KAMAL,

“Respublika”.