Azərbaycan-Macarıstan münasibətləri yeni mərhələdə
Siyasət

Azərbaycan-Macarıstan münasibətləri yeni mərhələdə

"Münasibətlərimizin artıq yaxşı tarixi var. Bu, qarşılıqlı dəstək etimad, eləcə tərəfdaşlıq dostluq tarixidir. Bu, həqiqətən, böyük zənginlikdir. Buna görə, biz hazırda əməkdaşlığın yeni sahələrini araşdırırıq. Tərəfdaşlığımız üçün artıq çox möhkəm zəmin yaranıb". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2023- il yanvarın 29-da Macarıstana səfəri çərçivəsində Baş nazir Viktor Orbanla Budapeştdəki görüşü zamanı bildirib. Dövlət başçısı, həmçinin deyib ki, Macarıstan Azərbaycanla enerji tərəfdaşlığına böyük önəm verir. Ölkə Cənub Qaz Dəhlizini dəstəkləyir ona qoşulmaqda maraqlı olduğunu ifadə edir.

Qeyd edək ki, Macarıstana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyevin Macarıstanın Prezidenti xanım Katalin Novakla təkbətək geniş tərkibdə görüşü olub. Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın iştirakı ilə ölkələrimiz arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Bəyannamədə tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazır olduqlarını ifadə ediblər.

Eyni zamanda, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyi qeyd olunub TDT-nin Macarıstandakı Nümayəndəlik Ofisinin fəaliyyəti xüsusi vurğulanıb. 2018-ci ildən Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində iştirak edən təşkilatla əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verən bu ölkənin Budapeşt şəhərində TDT-nin Nümayəndəlik Ofisi fəaliyyət göstərir.

2004- ildən Avropa İttifaqına üzv olan Macarıstan zəngin mədəni tarixə malikdir. Macarıstanda incəsənət, musiqi, ədəbiyyat, idman, elm texnologiya sahələri yaxşı inkişaf edib Avropanın 11-ci ən çox turist qəbul edən ölkəsidir. 2015-ci il ərzində buraya müxtəlif ölkələrdən 14,3 milyon turist səyahət edib. Macarıstanda dünyada ən böyük termal su mağarası ikinci ən böyük termal göl mövcuddur. Mərkəzi Avropa regionunun ən böyük gölü olan Balaton da buradadır. Macarıstanın Dyöndyöş şəhəri Şuşa, Tisavaşvari şəhəri isə Ağdamla qardaşlaşmışdır. Yeni imzalanan Anlaşma Memorandumuna əsasən isə Azərbaycanın Şuşa şəhəri Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi, mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat ictimai həyatın digər sahələrində əməkdaşlıq nəzərdə tutulub.

Dövlətimizin başçısının Macarıstana səfəri Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir. Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan Avropanın, o cümlədən bu qitədə orta güc hesab edilən Macarıstanın ən önəmli strateji tərəfdaşlarından biridir. Azərbaycan Macarıstan, həmçinin geniş iqtisadi potensiala malik ölkələrdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişləndirilməsində əhəmiyyətli baza rolunu oynayır. Azərbaycan Respublikası ilə Macarıstan arasında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumunda bu məsələ öz əksini tapıb. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi arasında imzalanan bitki karantini bitki mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu kənd təsərrüfatının inkişafı məsələsini təşviq edir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda 21 Macarıstan investisiyalı şirkət əsasən kənd təsərrüfatı, nəqliyyat, ticarət, xidmət sahələrində fəaliyyət göstərməkdədir. Macarıstan Azərbaycana 1,1 milyard ABŞ dolları məbləğində (əsasən neft-qaz sahəsi), Azərbaycan isə Macarıstana 18,1 milyon ABŞ dolları investisiya yatırıb.

Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcminin qısa zamanda əhəmiyyətli dərəcədə artımı əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir. 2021-ci ildə Azərbaycan ilə Macarıstan arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil edib. 2022-ci ildə isə bu göstərici 47,4 milyon ABŞ dollarına yüksəlib ki, bu da əvvəlki illə müqayisədə 34,81 faiz artım deməkdir. Tərəflər arasında müxtəlif sahələr üzrə imzalanan Birgə Bəyannamə Azərbaycan-Macarıstan əməkdaşlığını daha yüksək zirvəyə qaldıracaq.

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan qazının Macarıstana çatdırılması istiqamətində əsas işlər görülmüşdür. Səfər çərçivəsində dövlətimizin başçısı bildirmişdir ki, "vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini biz indi canlandırmışıq. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, oradan sonra Rumıniyaya, ondan sonra Macarıstana Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır".

Göründüyü kimi, Macarıstan həm Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən bir ölkə olaraq fəaliyyət göstərəcək ki, bu da iqtisadi baxımdan çox əhəmiyyətlidir. Azərbaycanın yaşıl enerjisinin Avropaya çatdırılmasında da Macarıstanın imkanları böyükdür bu istiqamətdə vacib layihələr hazırlanmışdır. Ölkəmiz enerji məsələləri ilə bərabər nəqliyyat, təhsil, minatəmizləmə sahəsində Macarıstanla əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verir. Artıq dəmir yolu vasitəsilə Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlanılıb. 200 Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə bu ölkədə oxuyur. Minatəmizləmə sahəsində Macarıstan təcrübəsindən istifadə olunur. Macar şirkətlərinin işğaldan azad edilmiş Qarabağ Zəngəzur torpaqlarında fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunur. Bir sözlə, görülmüş görüləcək işlər onu deməyə əsas verir ki, Azərbaycan-Macarıstan əlaqələri artıq strateji tərəfdaşlığa çevrilmişdir bu əməkdaşlıqdan hər iki ölkə faydalanacaqdır.

Zümrüd QURBANQIZI,

"Respublika".