Azərbaycan Londonda Kral III Çarlzın tacqoyma mərasimində təmsil olunub
Siyasət

Azərbaycan Londonda Kral III Çarlzın tacqoyma mərasimində təmsil olunub

Mayın 6-da Böyük Britaniya Şimali İrlandiya Kralı III Çarlzın tacqoyma mərasimi keçirilib.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Londonun Vestminster Abbatlığında baş tutan mərasimdə Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.

Qeyd edək ki, mərasimdə bir çox dövlət hökumət başçıları da daxil olmaqla, iki mindən çox qonaq iştirak edib.