Azərbaycan-İsrail münasibətləri
Siyasət

Azərbaycan-İsrail münasibətləri

Azərbaycan İsrail arasındakı əlaqələr öz tarixi siyasi arxitekturuna görə xüsusi yer tutur. Ölkəmizin 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra onu ilk tanıyan dövlətlərdən biri İsrail olub. Bundan sonra 1992-ci ildə diplomatik əlaqələr qurulub. Bununla yanaşı, ölkəmiz İsrail dövləti arasında Birgə Komissiya, həmçinin Azərbaycanın İsraildəki Ticarət nümayəndəliyi ölkələrimiz arasında tərəfdaşlığın inkişafı üçün əhəmiyyətli platformalardır.

Azərbaycan-İsrail dostluğu bir çox inkişaf sınaq mərhələlərindən keçib. Hələ 1992-ci ildə Qarabağ münaqişəsi zamanı İsrail Azərbaycana dəstək verən ölkələr siyahısında yer alıb. Ölkələrimiz arasında qurulan dostluq münasibətinin digər mühüm səbəbi yəhudiliyin tarix boyu Azərbaycanda mövcud olması faktıdır. Tarixən Azərbaycanda dağ yəhudiləri mövcud olub. Məşhur alban tarixçisi Musa Kalankatlı dağ yəhudilərinin Qafqaza ilk dəfə gəlməsini e.ə. I əsrə aid edir. Ölkəmiz daim müxtəlif din millətlərin qarşılıqlı anlaşma şəraitində yaşadığı, tolerantlığın mərkəzi olan bir dövlət kimi tanınır. Hazırda ölkəmizdə müxtəlif dinlərə mənsub dini evlər mövcuddur. 1832-ci ildə isə yəhudilərin Bakıda ilk ibadət evləri inşa olunub. Günümüzdə isə paytaxtda yəhudilərin üç sinaqoqu var. 2003- ildə açılan məbəd Avropada ən böyük sinaqoqlardan biri hesab olunur. Hər iki ölkəni yaxınlaşdıran digər bir mühüm amil isə Azərbaycanda yəhudi diasporunun İsraildə Azərbaycandan getmiş 80 mindən çox yəhudinin yaşamasıdır. Qeyd edək ki, İsrail yeganə ölkədir ki, orada mövcud olan diaspor yerli yəhudilərdən ibarətdir. Təsadüfi deyil ki, Qarabağ müharibəsində şəhid olan ilk qəhrəmanlar sırasında yəhudi əsilli Milli Qəhrəmanımız Albert Aqarunovun adı xüsusi çəkilir.

O, düşmən dövlətin xeyli canlı qüvvəsini məhv edərək, yüzlərlə zirehli texnikasını sıradan çıxarıb. Əlbəttə, İsrail dövlətinin ölkəmizlə əməkdaşlıqda maraqlı olmasını təkcə Azərbaycanın zəngin enerji resursları, strateji geosiyasi vəziyyəti, sırf iqtisadi-siyasi amillərlə səciyyələndirmək düzgün deyil. İki ölkə arasında əməkdaşlıq tarixən mövcud olub, bu əlaqələrin kökündə insani dəyərlər, milli-dini tolerantlıq, qarşılıqlı anlaşma durur.

İki ölkə arasındakı ticarət iqtisadi sahələrdə əlaqələr daha möhkəmdir. Son dövrlərdə İsrail Azərbaycan arasında münasibətlər daha da möhkəmlənib. Hazırda ticarət, sənaye, texnologiya turizm sahələrində müxtəlif əməkdaşlıq layihələri həyata keçirilir. Ölkələrimiz arasındakı ticarət dövriyyəsi son illərdə daha da inkişaf edib. 2020-ci il ərzində Azərbaycan İsrail arasında ticarət dövriyəsi 322 milyon ABŞ dollarına çatıb. Ümumiyyətləqarşılıqlı enerji, neft-qaz, elektronika, tibb turizm sahəsində görülən işlər, birgə layihələr investisiyanın artmasına təkan verir. Hər iki ölkə əsas ticarət tərəfdaşları sırasındadır. Bütün iqtisadi ticari əlaqələr Azərbaycan İsrailin bir-birilərinin potensialından düzgün şəkildə yararlanmasına təkan verir. Yüksək səviyyədə qurulan əlaqələrin qarantını azad ticarət iqtisadi əlaqələr təşkil edir. Regionun yaxınlığı maraqların üst-üstə düşməsi önəmlidir.

İsrail dünyanın ən inkişaf etmiş texnologiya ölkələrindən biridir Azərbaycan da texnologiyaya böyük önəm verir. Bu mənada, İsrail şirkətləri Azərbaycanın müxtəlif sahələrində texnoloji təcrübələrini qarşılıqlı təqdim edir öyrədir. Azərbaycan İsrail arasında müxtəlif sahələrdə mətbuat, turizm, mədəniyyət idman sahələrində əməkdaşlıq  davam edir. 2021-ci ildə Azərbaycan ilə İsrail Hökuməti arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdə olub. Bu zaman İsrail rəsmiləri ölkələrində Azərbaycanın Ticarət Turizm nümayəndəliklərinin açılmasını yüksək qiymətləndirib. İki ölkə arasında tərəfdaşlığın, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi, biznes-dialoqun təşviqi üçün əhəmiyyətli platforma olacağını, keçirilən görüşlərin aparılan səmərəli müzakirələrin qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə birgə layihələrin icrasına, ticarət, tikinti, kənd təsərrüfatı, bərpaolunan enerji, İKT, kiber təhlükəsizlik, turizm  kimi sahələrin inkişafına töhfə verəcəyini vurğulayıblar.

Azərbaycan İsrail arasındakı iqtisadi əlaqələr son dövrlərdə sürətlə inkişaf edir. Hazırda İsrailin neftə olan tələbatının 40 faizi ölkəmiz tərəfindən təmin edilir. Həmçinin İsrailin Eylat-Aşkelon boru-kəməri vasitəsilə Azərbaycanın enerji resurslarının Cənubi Asiya Uzaq Şərq bazarlarına çıxışına imkan yaranıb. Azərbaycanın iqtisadi sahələrinin inkişafında, sənayenin nizamlanmasında azad iqtisadiyyatın yaranmasında İsrail şirkətləri əsas rol oynayır. Buna əsasən, İsrail enerji tələbatının otuz faizə qədərini ödəmək imkanı qazanır. Bundan başqa, İsrail Azərbaycan arasında tibb, təhsil mədəniyyət sahələrində əməkdaşlıq edilir. İki ölkə arasındakı mədəni münasibətlər olduqca güclüdür. Hazırda Azərbaycan İsrail arasında müxtəlif mübadilə proqramları mövcuddur.

Əlaqələrin daha da güclənməsi üçün hər iki ölkənin siyasi liderləri arasında sərbəst müzakirələr mühüm əhəmiyyət kəsb edir. Ölkə başçılarının həm rəsmi, həm işgüzar səfərləri iki ölkə arasındakı münasibətlərin inkişaf etməsində mühüm rol oynayır. Bu il mayın 30-da İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyev ilə təkbətək geniş tərkibdə görüş keçirilib. Görüş zamanı "Azərbaycan Səhiyyə Nazirliyi ilə İsrail dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı" imzalanıb. Atılan bu addımlar nəticəsində iki ölkənin tibb sahəsində qarşılıqlı əməkdaşlığı daha da genişlənəcək. Prezident İlham Əliyev İsraillə olan əlaqələri son dövrlərdə görülən işləri yüksək qiymətləndirib: "Bu il İsraildə Azərbaycan səfirliyinin açılması, əlbəttə ki, əlaqələri daha yüksək səviyyəyə qaldıracaq eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq".

Töhfə SƏMƏDOVA,

"Respublika".