Azərbaycan-İsrail:  dəyərli dostluq, etibarlı tərəfdaşlıq nümunəsi
Siyasət

Azərbaycan-İsrail:  dəyərli dostluq, etibarlı tərəfdaşlıq nümunəsi

İsrail Dövlətinin Prezidenti İsxak Hersoq mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. İki günlük səfər zamanı İ.Hersoqu 40 nəfərə yaxın nümayəndə heyəti müşayiət edib. Bu səfərin Azərbaycan xalqı ilə İsrail xalqı arasında birgə əlaqələr baxımından əhəmiyyəti  böyükdür.

"Biz səfərdən  sonra müsbət dinamikanın şahidi olacağıq". Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla geniş tərkibdə görüşdə bildirib. Dövlətimizin başçısı deyib: "Çünki baxmayaraq biz ayrı-ayrı istiqamətlər - ticarət, enerji, təhlükəsizlik sahələri üzrə artıq çoxlu işlər görmüşük, mən tamamilə əminəm ki, böyük potensial mövcuddur. Lakin çoxlu işlər görülməlidir. Əlbəttə ki, biz sizin Azərbaycana səfərinizi tarixi səfər hesab edirik". Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə təkbətək geniştərkibli görüşləri olub, iki dövlət arasında bir sıra sənədlər imzalanıb, mərasimin sonunda prezidentlər mətbuata bəyanatla çıxış ediblər. Həmçinin səfər zamanı iki ölkə arasında strateji əlaqələrin möhkəmləndirilməsinin müzakirəsi, həmçinin İsrailin yaranmasının 75-ci ildönümü ilə bağlı xüsusi tədbir keçirilib.

Diqqətçəkən məqamlardan biri bu səfərə dünya İsrail mediasında geniş yer ayrılmasıdır. Belə ki, İsxak Hersoqun müsəlman ölkəsi olan Azərbaycana iki günlük səfəri Prezident İlham Əliyevin dediyi kimi, tarixi səfər adlandırılır. "Bizim ortaq baxışımız var, mən Azərbaycanın dünyada regionda böyük təsirə malik olduğunu görürəm". Bu fikirləri İsrail Dövlətinin Prezidenti İsxak Hersoq mətbuata bəyanatında bildirib.

Rəsmi İsrail Bakını özü üçün etibarlı tərəfdaş kimi görür. Azərbaycan nadir müsəlman ölkələrindəndir ki, İsrail ilə hər zaman müsbət əlaqələr qurub, münasibətləri artan dinamikada inkişaf etdirir. Bu yaxınlarda İsrailin xarici işlər naziri Eli Kohen Bakıya səfər etmiş, Prezident İlham Əliyevlə görüşmüşdü. Həmin səfər zamanı iki ölkə arasında bir çox sahədə sazişlər imzalanmışdır. Bunların içərisində su, kənd təsərrüfatı, infrastruktur, texnologiya, energetika sahələrində əməkdaşlıq sazişləri xüsusi diqqət çəkirdi.

Qeyd edək ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən cəmi iki ay sonra, İsrail yeni dövləti rəsmən tanıyan ilk dövlətlərdən biri olmuş 1992-ci il 7 aprel tarixindən etibarən Azərbaycanla diplomatik əlaqələr qurmuşdur. 1993- ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Beynəlxalq arenada Azərbaycanın haqlı mövqeyinə hərtərəfli dəstək göstərib. Bu gün Azərbaycan-İsrail münasibətləri siyasi, iqtisadi, mədəni hərbi əməkdaşlıq sahəsində ən yüksək səviyyədə inkişaf edir. İsrail bölgədə Azərbaycanın təhlükəsizlik, güc söz mərkəzi kimi mövqeyini təşviq edir. Azərbaycan da öz növbəsində İsrailin Yaxın Orta Şərq bölgəsi, eləcə Qafqazda maraqlarının qorunmasına töhfələrin verir. İkitərəfli əlaqələr xüsusi olaraq təhlükəsizlik məsələləri, enerji ticarəti, eləcə mədəniyyət təhsil sahələrində sıx əməkdaşlıq fonunda daha da genişlənmişdir. Azərbaycan İsrail iki dost, qardaş ölkədir. Azərbaycanla İsrail arasındakı isti münasibətlər, səmimiyyət doğmalıq zamanın sınaqlarından şərəflə çıxıb. Azərbaycan xalqı ilə yəhudi xalqı əsrlərlə doğma qardaş, etibarlı dost kimi -içə yaşayıblar.

Azərbaycan  ilə müasir İsrail arasında diplomatik əlaqələrin əsası 30 il əvvəl qoyulsa da, dost ölkədə səfirliyimiz təzəliklə açılıb. Tel-Əvivdə Azərbaycanla bağlı tədbirlərin, diplomatik mədəni layihələrin sayı getdikcə artmaqdadır. İki ölkə arasında münasibətlərin inkişafına İsrail Azərbaycan dövlət başçılarının görüşləri təkan verib. 29 avqust 1997-ci ildə İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycana qısamüddətli səfər edib Prezident Heydər Əliyevlə görüşüb. Heydər Əliyev ATƏT-in Lissabon zirvə toplantısında Natenyahu ilə görüşüb onun İsrail hökuməti adından Azərbaycanın qarşılaşdığı problemlərin aradan qaldırılmasında lazımi köməklik göstərməyə hazır olduğu barədə bəyanatından məmnun qaldığını bildirib. Qarabağ münaqişəsinə toxunan Prezident Heydər Əliyev münaqişənin Lissabonda irəli sürülən prinsiplər əsasında həll olunmasına tərəfdar olduğunu vurğulayıb. Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qrupunun yaradılması qərara alınıb. Prezident Heydər Əliyev 18 noyabr 1999-cu il tarixdə Türkiyədə ATƏT-in sammitində İsrailin baş naziri Ehud Barakla görüşüb. İki ölkə arasında yaranmış münasibətlərdən bəhs edən Azərbaycan Prezidenti bildirib: "Xaricdə yaşayan yəhudilərin nümayəndələri tez-tez ölkəmizə ziyarət edirlər. Ölkələrimiz arasında əlaqələrin daim inkişaf etməsi üçün geniş imkanlar vardır. Bu münasibətlərin daha da genişləndirilməsi olduqca zəruridir".

2000-ci il sentyabrın 6-da Prezident Heydər Əliyev ABŞ-da İsrailin Baş naziri Ehud Barakla yenidən görüşüb. Azərbaycanın sülhsevər çoxmillətli ölkə olduğunu qeyd edən Heydər Əliyev yəhudilərin əsrlər boyu burada azərbaycanlılarla dost mehribancasına yaşadığını bildirib: "Yəhudilər azərbaycanlılarla birlikdə Azərbaycanda əsrlər boyu dostluq, mehribanlıq şəraitində yaşayıblar. Bu gün yəhudilər Azərbaycanın tam bərabər hüquqlara malik vətəndaşlarıdır Azərbaycan onlar üçün doğma vətəndir. Bunların hamısı bizim əməkdaşlığımız üçün yaxşı imkan yaradır".

Münasibətlərin inkişafına Azərbaycan Prezidenti İlham Əliyev diqqətlə yanaşır. Onun İsrail dövlət başçıları ilə, əsasən Şimon Pereslə bir sıra görüşləri olub. Prezidentlər İlham Əliyev Şimon Peres 2006- ilin iyun ayında Astanada (Ş.Peres o zaman İsrail baş nazirinin müavini idi), 10 avqust 2008-ci il tarixində Pekində Olimpiya Oyunlarının açılış mərasimi zamanı 30 yanvar 2009-cu ildə Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda görüşüblər. 28-29 iyun 2009-cu ildə Azərbaycan-İsrail münasibətləri tarixində ilk dəfə olaraq İsrail prezidenti 3 nazir 50 nəfər adamı ilə birgə Azərbaycana rəsmi səfərə gəlib. İsrail prezidenti Şimon Peresin səfəri zamanı Azərbaycan İsrail prezidentlərinin iştirakı ilə iki müqavilə imzalanıb. Bu sənədlərdən biri kommunikasiya sahəsində, digəri isə təhsil, elm texnologiya sahəsində əməkdaşlığı nəzərdə tutur.

İki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində münasibətlərin inkişafında Azərbaycan İsrail liderləri arasındakı sıx təmaslar mühüm rol oynayır. İkinci Qarabağ müharibəsi zamanı İsrail tərəfindən Azərbaycana tədarük edilən yüksək səviyyəli silahların qələbəmizdə böyük rolu oldu. Müharibədən sonra isə Qarabağ iqtisadi rayonunun yenidən qurulmasında da İsrail şirkətlərinin mühüm rolu var. Xüsusilə Zəngilanda kənd təssərüfatının yenidən qurulması məhz İsrail mütəxəssisləri tərəfindən icra olunur. Bununla yanaşı, İsrail yəhudi xalqının Azərbaycanda sərbəst demokratik mühitdə yaşaması faktını hər zaman yüksək qiymətləndirib. Ksenofobiyanın olmadığı, tolerantlıq dini dözümlülüyün hökm sürdüyü bir şəraitdə Azərbaycanda yaşayan yəhudilər hər zaman dövlət siyasətini dəstəkləyiblər. Hər iki Qarabağ müharibəsi zamanı azərbaycanlı yəhudilər müqəddəs amal uğrunda öz canlarından belə keçərək şəhidlik zirvəsinə yüksəliblər.

Azərbaycan ilə İsrail arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. Ölkələrimiz arasında ticarət dövriyyəsi 1,7 milyard ABŞ dollarından çoxdur. Növbəti illərdə ticarət dövriyyəsini şaxələndirməsi qarşıda duran məqsədlərdəndir. Uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir. İnterkonnektorların yaradılması üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar mövcuddur. Yaxın gələcəkdə ölkələr arasında irriqasiya kənd təsərrüfatı sahələri üzrə birgə layihələr reallaşdırılacaqdır. Azərbaycan İsrailin müsbət təcrübəsindən istifadə etmək ixrac bazarını şaxələndirmək niyyətindədir. Bu təcrübə ölkəmizə böyük mənfəət əldə etməyə kömək edəcəkdir.

İsrail Azərbaycanın enerji ehtiyatlarını ən çox idxal edən dövlətlər sırasındadır. Azərbaycan İsrailin yüksək texnologiyalı silahların idxalında da maraqlıdır. Bunlarla yanaşı, hər iki dövlət bölgədə sülh təhlükəsizliyin təmin olunması məsələsində ortaq baxışa malikdirlər. "Bizim əlaqələrimizin dərin kökləri var". Bunu İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib. "Sülh, ümumi rifah, yaxşı işlərə dair birgə strateji baxışımızla birlikdə, yəhudilərlə müsəlmanlar arasında səmərəli, ədalətli, səmimi, dostcasına dialoq bizim arzulaya nümayiş etdirə biləcəyimiz bir baxışdır", - deyə İsrail dövlətinin başçısı əlavə edib.

Ölkələr arasında mədəni əlaqələrin inkişafında diasporun rolu böyükdür. Yəhudi icması Azərbaycanda ən fəal icmalardan biridir. Azərbaycanda 3 yəhudi icması mövcuddur: əsasən Quba (Qırmızı Qəsəbə) Bakıda yaşayan dağ yəhudiləri; əsasən Bakı Sumqayıtda yaşayan yəhudi aşkenazlar; Gürcüstanla sərhəddə yaşayan Gürcüstan yəhudiləri. Azərbaycanda "Soxnut" yəhudi agentliyi, "Coynt" "Vaad-L-Xetzola" komitələri yəhudi adət-ənənələrinin qorunması saxlanılması ilə məşğul olur. Həmçinin yəhudi icmasının mədəni mərkəzi, "Yeva" qadın cəmiyyəti, "Hesed-Qerşon" xeyriyyə cəmiyyəti, "Alef", "Kilel" gənclər klubu, "Mişpaxa" videoklubu, yəhudi dini məktəbləri - ieşivlər, "Xabad Or-Avner" orta məktəbi fəaliyyət göstərir. Bakıda 2003- ildə açılmış sinaqoq Avropada ən böyük sinaqoqlardan biri sayılır. Quba rayonunun Qırmızı Qəsəbə kəndində sinaqoq dini ayinləri icra etmək üçün mikva mövcuddur. İsraildə Azərbaycandan gəlmə yəhudilər mədəni əlaqələrin saxlanılmasında çox fəaldırlar. Burada Azərbaycan mədəniyyət guşəsi, Afula şəhərində Azərbaycan mədəniyyət mərkəzi, Azərbaycanda İsrail mədəniyyət mərkəzi fəaliyyət göstərir. 1991-ci ildə İsrailin Hayfa şəhərində Azərbaycandan gedən yəhudilər tərəfindən "Hayfa-Bakı" Cəmiyyəti yaradılıb.

Son illər İsrail Azərbaycanın silah yüksək texnologiyalarla bağlı əsas təchizatçısından birinə çevrilib. Belə İsrail istehsalı olan "intiharçı drontipli qurğuların təchizatı da nəzərdə tutulur. Sözügedən texnologiya, radiodalğalardan istifadə edərək, düşmənin mövqeyini təyin etmək onu asanlıqla məhv etmək iqtidarına malikdir. Xatırladaq ki, buna qədər, Azərbaycan hərbi qüvvələri belə texnologiyadan istifadə etməyib. "Azərbaycan İsrail arasında yaxın əlaqələr yalnız ortaq maraqlara deyil, tarixi münasibətlərə, paylaşdığımız ortaq dəyərlərə əsaslanır". Bunu İsrailin müstəqilliyinin 75-ci ildönümünə həsr olunmuş tədbirdə Bakıda səfərdə olan İsrail Prezidenti İsxak Hersoq çıxışında deyib: "Bu gün dostlarımızın arasında olmaq gözəldir. Bu günlərdə Azərbaycan müstəqilliyinin 105-ci ildönümünü, İsrailin 75 illiyini qeyd edir. Bizim yaxın münasibətlərimiz yalnız ortaq maraqlara deyil, paylaşılan dəyərlərə, tarixi münasibətlərə əsaslanır". Prezident çıxışında vurğulayıb ki, Azərbaycandakı yəhudi icması təhlükəsiz mühitdə yaşayır, ölkənin ictimai-siyasi həyatında da fəal iştirak edir. İsrail Azərbaycan arasında mövcud münasibətlər bütün dünya üçün dəyərdir, nümunədir. İki ölkə arasında əməkdaşkıq müxtəlif sahələri əhatə edir: Azərbaycan səfirliyinin İsraildə açılması, mənim bu gözəl ölkəyə səfərim yaxın münasibətlərin əksidir. Azərbaycana səfər etmək mənim üçün millətim üçün həyata keçən arzudur.

Mustafa KAMAL,

"Respublika".