Azərbaycan ilə Türkiyə arasında su təsərrüfatı və daşqınlar üzrə idarəetmənin təkmilləşdirilməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Digər xəbərlər

Azərbaycan ilə Türkiyə arasında su təsərrüfatı və daşqınlar üzrə idarəetmənin təkmilləşdirilməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Su Ehtiyatlarının İdarə Edilməsi Baş İdarəsinin direktor müavini, Su Şurasının Baş katibi Mustafa Uzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, görüşdə su ehtiyatlarından səmərəli istifadə sahəsində mövcud vəziyyət, su təsərrüfatı və daşqınlar üzrə idarəetmənin təkmilləşdirilməsi, bu sahədə iki ölkə arasındakı birgə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, səfər çərçivəsində Türkiyə Respublikasının nümayəndə heyəti ölkəmizdə yaradılan su ehtiyatlarından səmərəli istifadə üzrə komissiyada təmsil olunan digər qurumlar ilə görüşlər keçirəcək və işğaldan azad olunmuş ərazilərə səfər edəcək.

AZƏRTAC