Azərbaycan ilə Ruanda arasında hərbi-texniki sahədə əməkdaşlığın əsasının qoyulmasına dair razılıq əldə olunub
Digər xəbərlər

Azərbaycan ilə Ruanda arasında hərbi-texniki sahədə əməkdaşlığın əsasının qoyulmasına dair razılıq əldə olunub

"ADEX-2022" Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev Ruandanın müdafiə naziri Albert Murasira ilə görüşüb.

AZƏRTAC Müdafiə Sənayesi Nazirliyinin saytına istinadla xəbər verir ki, görüş zamanı hər iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın əsasının qoyulmasına dair razılıq əldə olunub və qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.

AZƏRTAC