Azərbaycan ilə Qazaxıstan arasında informasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Siyasət

Azərbaycan ilə Qazaxıstan arasında informasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın bir sıra dövlət qurumları rəhbərlərinin daxil olduğu nümayəndə heyəti Qazaxıstanda səfərdədir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Audiovizual Şuranın sədri İsmət Səttarovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 31- Astana şəhərində bir sıra görüşlər keçirib.

Qazaxıstanın informasiya ictimai inkişaf naziri Darxan Kıdırali ilə görüşdə iki ölkə arasında informasiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi, media subyektlərinin qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, 2022-ci il avqustun 24- Azərbaycanın Medianın İnkişafı Agentliyi ilə Qazaxıstanın İnformasiya İctimai İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd informasiya sahəsində ikitərəfli əlaqələrin formalaşdırılmasının mexanizmləri, mediaməkanda milli maraqların qorunması təşviq edilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi kimi məsələləri özündə ehtiva edir. Vurğulanıb ki, əsas məqsəd media informasiya sahəsində tərəfdaşlığın gücləndirilməsi istiqamətində səmərəli addımlar atmaq, müvafiq qurumların qarşılıqlı təmaslarında mütəmadiliyi təmin etməkdir.

Nümayəndə heyəti, həmçinin Qazaxıstanın İnformasiya İctimai İnkişaf Nazirliyinin İnformasiya Komitəsinin sədri Eldos Naşirali Qazaxıstan Prezidenti yanında Mərkəzi Kommunikasiya Xidmətinin direktoru Əsgər Umarov ilə görüşüb. Tərəflər müvafiq sahələr üzrə qarşılıqlı məlumat mübadiləsi edib, əməkdaşlığı genişləndirmək yolları barədə müzakirə aparıblar.

Azərbaycan nümayəndə heyətinin Qazaxıstana səfəri davam edir.