Azərbaycan ilə Macarıstan arasında gənclər və idman sahələrində əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb
Siyasət

Azərbaycan ilə Macarıstan arasında gənclər və idman sahələrində əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi ilə görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki dost ölkə arasında gənclər siyasəti və idman sahələrində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edilib.

Fərid Qayıbovu gənclər və idman naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edən səfir iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın bundan sonra daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib.

AZƏRTAC