Azərbaycan ilə Latviya arasında minatəmizləmə sahəsində mümkün əməkdaşlıq məsələləri müzakirə edilib
Digər xəbərlər

Azərbaycan ilə Latviya arasında minatəmizləmə sahəsində mümkün əməkdaşlıq məsələləri müzakirə edilib

Qəbiristanlıqların minalanması məqsədyönlü şəkildə mülki əhaliyə qarşı edilən qeyri-insani əməllərin təzahürüdür.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) AZƏRTAC-a bildiriblər ki, bu barədə Latviya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriksi ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov ilə görüşündə qeyd edib.

Görüşdə iki ölkə arasında minatəmizləmə sahəsində mümkün əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparılıb.

İdarə Heyətinin sədri Vüqar Süleymanov 2022-ci il üzrə tədbirlər planına əsasən müəyyən olunan prioritet layihələr üzrə fəaliyyətin gedişatı, mərhələli şəkildə minatəmizləmə əməliyyatlarına yeni müdavimlərin cəlb olunması, beynəlxalq minatəmizləmə standartlarına uyğun keçirilən təlimlər, həmçinin süni intellekt texnologiyası vasitəsilə ərazilərin tədqiqatı barədə məlumat verib.

Nazir Artis Pabriksi işğaldan azad edilən ərazilərdə aparılan humanitar minatəmizləmə əməliyyatları, həmçinin ardıcıl olaraq infrastrukturun bərpası istiqamətində görülən genişmiqyaslı işləri yüksək qiymətləndirib.

AZƏRTAC