Azərbaycan ilə İran arasında ikitərəfli əməkdaşlıq və regional  təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb
Siyasət

Azərbaycan ilə İran arasında ikitərəfli əməkdaşlıq və regional  təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb

İyulun 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, telefon söhbəti zamanı nazirlər müqəddəs Qurban bayramı münasibətilə bir-birilərini təbrik edib, xalqlarımıza və ölkələrimizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıblar.

Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.

AZƏRTAC