Azərbaycan idmançıları uğurlu nəticələrə imza atır
İdman

Azərbaycan idmançıları uğurlu nəticələrə imza atır

Prezident İlham Əliyevin qayğı və diqqəti sayəsində son illər idmançılarımız mötəbər yarışlarda inamlı qələbələr qazanır, müxtəlif ölkələrdə Vətənimizi bacarıqla təmsil edirlər.

Azərbaycanın para-atletlərinin Tokio-2020 Yay Paralimpiya oyunlarında qazandıqları qələbə isə ölkəmizin idman tarixinə qızıl hərflərlə yazılacaq.

Azərbaycan para-atleti Səid Nəcəfzadə Tokio Paralimpiadasının bürünc medalına sahib olub.

Azərbaycan komandasının hesabında 13 medal var. Onlardan 9-u qızıl, 4-ü isə bürünc medaldır. Belə ki, paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirini (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (70-dən yuxarı) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (100 kq-dan yuxarı) bürünc medala sahib olublar.

Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb.

Nizə atma yarışlarında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub.

Para-atlet Elvin Astanov nüvə itələmə yarışlarında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmaqla ikinci yeri tutub.  Panerliftinqçi Pərvin Məmmədov (49 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Vurğulamaq lazımdır ki, “Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır. XVI Yay Paralimpiya oyunları sentyabrın 5-dək davam edəcək.

Azərbaycan paracüdoçusu Hüseyn Rəhimli Tokio-2020 Yay Paralimpiya oyunlarının qalibi olub.

Birinci vitse-prezident Mehriban Əliyeva Tokio-2020 Yay Paralimpiya oyunlarında uğur qazanan idmançılarımızı təbrik edib.

Qədir ASLAN,

 “Respublika”.