Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri Rusiya Federasiyasında səfərdədir
Digər xəbərlər

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri Rusiya Federasiyasında səfərdədir

Azərbaycan Respublikası və Rusiya Federasiyası Müdafiə nazirlikləri arasında birgə hərbi fəaliyyətlər planına uyğun olaraq, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin "G-121" və "G-129" gözətçi gəmiləri Rusiya Federasiyasında səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi dənizçilərimizin Rusiya Federasiyasının Xəzər Dəniz Flotilyasının Kaspiysk Limanında təntənəli qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmi və şəxsi heyəti bir sıra tədbirlərdə iştirak edəcək.

AZƏRTAC