Azərbaycan gücünü şanlı Zəfəri ilə təsdiqlədi
Digər xəbərlər

Azərbaycan gücünü şanlı Zəfəri ilə təsdiqlədi

Müasir müstəqil, qalib Azərbaycan bu gün möhtəşəm uğurları ilə dünyanı heyrətləndirir. Bu günümüzün reallıqlarını düzgün dəyərləndirmək üçün daim keçilən yolun təhlili bir zərurət kimi qarşımızda dayanır. Bir mühüm məqamı da nəzərə alsaq ki, 2023- il dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə "Heydər Əliyev İli" elan edilib, bu halda Azərbaycanın bu günü üçün kimə borclu olduğumuzu hazırkı gələcək nəsillərə çatdırmaq üçün daha geniş imkanlar yaranır. Dahi şəxsiyyətin fəaliyyətinin hər bir mərhələsi - istər Azərbaycanda hakimiyyətinin birinci dövrü (1969-1982), istər Naxçıvan mərhələsi, istərsə müstəqilliyimizin bərpasından sonrakı dövr ayrı-ayrılıqda tədqiqat mövzusudur. Ümummilli liderin fəaliyyəti ilə bağlı qədər kitablar çap olunub, araşdırmalar aparılıb. Arxada qalan hər bir il bu istiqamətdə mühüm yeniliklərin, yeni istiqamətlərin araşdırılması ilə yadda qalır. Heydər Əliyev Azərbaycan məfhumlarının birgə ifadə olunması ulu öndərin xidmətlərinin aydın mənzərəsini yaradır.

Ümummilli lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Ulu öndər hələ hakimiyyətinin birinci dövründə Azərbaycanı gələcəkdə necə görmək istədiyini açıqlamışdır. Azərbaycanı müstəqil, qüdrətli görmək onun ən böyük arzularından biri idi buna nail olacağımıza əminliyini atdığı addımlarla təsdiqləyirdi. Belə ki, Azərbaycan gənclərinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, hərbi kadrların yetişdirilməsi üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması sair kimi addımlar bu günümüzə hesablanmışdır. Dahi şəxsiyyətin hakimiyyətinin birinci dövründə yaradılan möhkəm təməl 1993- ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın davamlı uğurlarında öz sözünü dedi. Belə ki, Azərbaycan hər bir ölkənin inkişafında əsas faktor olan iqtisadi tərəqqiyə 1969-1982-ci illərdə nail olmuşdur. Ölkəmiz qısa zamanda keçmiş İttifaq respublikaları arasında ön yerdə dayandı. Ulu öndər Heydər Əliyev fəaliyyətinin Naxçıvan mərhələsində Azərbaycanın bu günü gələcəyi üçün mühüm qərarlar qəbul edib, təşəbbüslər irəli sürmüşdür. Dahi şəxsiyyət 1991-ci il sentyabrın 3- Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilmişdi. Ümummilli liderin Naxçıvanda qəbul etdiyi qərarlar, atdığı addımlar müstəqil Azərbaycanın bugünkü gələcək inkişafı üçün baza rolunu oynadı. Naxçıvan MSSR-in adının dəyişdirilməsi, dövlət atributları olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpası, himn gerbi üçün müsabiqə keçirilməsi barədə qərarların qəbulu da deyilənlərin təsdiqidir.

Ulu öndər Heydər Əliyevin zəngin həyat yolu müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayır, dövlətinə, xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin əyani təcəssümüdür. 1991-ci il 18 oktyabr tarixində Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə idarəçilik qabiliyyəti olmayan ünsürlərin rəhbərlik etməsi Azərbaycanı müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoydu. Belə çətin məqamda xalq öz xilaskarını - ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993- ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev düşünülmüş məqsədyönlü siyasəti nəticəsində qısa müddətdə ölkədə sabitliyi bərpa etdi. Sabitliyi bütün inkişafın əsası kimi dəyərləndirən ümummilli lider Heydər Əliyev bildirirdi ki, sabitlik olmasa hansısa sosial-iqtisadi layihələrin həyata keçirilməsindən danışmaq mümkün deyil. Ulu öndər zəngin dövlətçilik təcrübəsindən, idarəçilik qabiliyyətindən bəhrələnərək Azərbaycanı yenidən qurdu. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Son iki ildən artıq dövrdə ölkəmizin müasirliyinə, müstəqilliyinə qalibiyyəti əlavə olundu. Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev ümummilli liderin arzusunu reallığa çevirdi. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, torpaq həsrətimizə son qoyuldu.

Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bu günümüzə xidmət edən addımları sırasındadır. 1994- il 20 sentyabrda "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın iqtisadi siyasi mövqeyini möhkəmləndirdi, yeni tərəfdaşlar qazandırdı. Ölkəmizin bu gününə gələcəyinə inamın böyüklüyü imzalanan neft-qaz sazişlərində öz təsdiqini tapdı. Neft gəlirlərinin idarə edilməsində şəffaflığın qorunması üçün 1999-cu ildə Dövlət Neft Fondunun yaradılması da ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. Hazırda Fondun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bu da öz növbəsində Azərbaycanın hərtərəfli inkişafını təmin edir. Regionlarımız sürətli inkişaf dövrünü yaşayır.

Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran ulu öndər Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynadı. Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma prinsipləri əsasında həlli ulu öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. Ulu öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi.

İqtisadi siyasi islahatların vəhdətliyinin qorunması ulu öndər Heydər Əliyevin düşünülmüş məqsədyönlü siyasətinin əsas istiqamətlərindən biri idi. Azərbaycan ilk gündən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutdu. Ümummilli lider bu çağırışı etdi ki, demokratiya bizim strateji kursumuzun əsas mahiyyətini təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributların yaradılması - insan hüquqlarının qorunması, azad mətbuatın formalaşması, çoxpartiyalı sistemin yaradılması demokratik, beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsi təmin edildi. Azərbaycan bu gün dahi şəxsiyyətin yaratdığı bu möhkəm təməl üzərində Prezident İlham Əliyevin təkmil siyasəti nəticəsində uğurla inkişaf edərək beynəlxalq aləmdə iqtisadi möcüzələr, demokratik ölkə, sabitlik diyarı kimi tanınır nüfuz qazanır.

Ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri saysız-hesabsızdır. Butün uğurlarımız Heydər Əliyev siyasətinin təntənəsidir. Ümummilli lider Azərbaycanın müstəqilliyini tarixi nailiyyətimiz kimi dəyərləndirərək onun qorunmasını, daimiliyini təmin etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını bir ideya - azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməyə çağırdı. Bildirdi ki, Azərbaycan bütün dünya azərbaycanlılarının Vətənidir, hər birimiz bu Vətən üçün çalışmalıyıq. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur iftixar mənbəyimiz olan ümummilli lider Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Ümummilli liderin təşəbbüsü ilə 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi diaspor quruculuğunda yeni bir səhifənin başlanğıcı oldu. Bu birliyimiz, həmrəyliyimiz 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə öz sözünü dedi. Şanlı Qələbəmizin reallıqları fonunda 30 ildən sonra dünya azərbaycanlıları ötən il Qarabağın tacı Şuşada bir araya gəlib bundan sonra atılacaq addımları müzakirə etdilər.

Göründüyü kimi, hara baxsaq, Heydər Əliyev yolunun uğurlarını görürük. Dahi şəxsiyyət Azərbaycanın inkişafının davamlılığını təmin etmək üçün 2003- ildə xalqa tarixi müraciətində cənab İlham Əliyevə özü qədər inandığını, axıra çatdıra bilmədiyi işlərin, planların xalqın Yeni Azərbaycan Partiyasının dəstəyi ilə başa çatdıracağına əminliyini ifadə etdi. Ümummilli Lider inamın növbəti ünvanını düzgün göstərməklə dövlətimiz, xalqımız qarşısında xidmətlərinin miqyasını daha da genişləndirdi. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bildirdi. Son 20 ilə yaxın dövrün reallıqları bu vədin konkret əməli işdə öz təsdiqini tapması fonunda Azərbaycanın ən yüksək zirvələri fəth etdiyini təsdiqləyir. Möhtərəm Prezidentimiz İlham Əliyevin "Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Müstəqillik illərində biz bir amalla yaşayırdıq ki, doğma torpağımızı düşmənin əlindən alaq, işğaldan azad edək ərazi bütövlüyümüzü bərpa edək. Biz buna nail olduq" - fikirləri dünənimizin, bu günümüzün gələcəyimizin təqdimatıdır.

Fəxrəddin VƏLİYEV,

YAP Şəmkir Rayon Təşkilatının sədri.