Azərbaycan dünyada tolerantlıq nümanəsi kimi tanınır
Mədəniyyət

Azərbaycan dünyada tolerantlıq nümanəsi kimi tanınır

Bu gün Bakının mərkəzində yerləşən erməni kilsəsi dövlət tərəfindən qorunduğu halda İrəvanda Azərbaycan tarixi-mədəni irsi tamamilə məhv edilib və ya özgəninləşdirilib, habelə Azərbaycan xalqının mədəni irs nümunələrinin mənşəyini saxtalaşdırmaqla məşğuldur. 3 iyun Mədəniyyət Nazirliyindən verilən məlumatda bildirilir ki, mədəniyyət naziri Adil Kərimli “Heydər Əliyev: multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin inkişaf konsepsiyası kimi” adlı konfransda bildirib.

Onu da vurğulayıb ki, etnik qrupların mədəni irsinin qorunması ilə yanaşı ölkəmizdə fərqli dinlərə mənsub olan insanların dini inanc və abidələrinin qorunub saxlanılması da dövlətimizin multikulturalizm və tolerantlıq siyasətinin əsasını təşkil edir: "Dünyada tolerantlıq nümunəsi kimi tanınan Azərbaycan zəngin tarixi irsi əsasında sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir, bu yolun qarşılıqlı əməkdaşlığa, inteqrasiyaya, sülh və təhlükəsizliyə xidmət etdiyini nümayiş etdirir.

Azərbaycanda ölkə əhalisinin əksəriyyətini təşkil edən müsəlmanların dini ibadət yerləri olan məscidlərlə yanaşı, Qafqaz Albaniyası dövrünə aid qədim kilsələr, pravoslav, katolik və lüteran məbədləri, sinaqoqlar Azərbaycan mədəni irsinin tərkib hissəsi kimi qorunur və bərpa edilir.

“Respublika”.