Azərbaycan Dövlət İqtisad Universitetində Litva şairi və dramaturqunun adına auditoriya açılıb
Elm və təhsil

Azərbaycan Dövlət İqtisad Universitetində Litva şairi və dramaturqunun adına auditoriya açılıb

Mayın 18-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Litva şairi, yazıçı və dramaturqu Vincas Kreve-Mickevicisun adına auditoriya açılıb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Litva Respublikasının birinci xanımı Diana Nausediene iştirak edib.

Qonağa UNEC-in Ekstern Mərkəzi, "Bloomberg" Maliyyə Laboratoriyası haqqında məlumat verilib.

Diana Nausediene universitetdə şəhidlərin memorial-xatirə kompleksini ziyarət edib.

Auditoriyanın açılış mərasimində UNEC-in rektoru, professor Ədalət Muradov, Litvanın birinci xanımı Diana Nausediene və mədəniyyət naziri Anar Kərimov çıxış ediblər. Bildirilib ki, Litva ədəbiyyatının ən məşhur klassik yazıçılarından biri, eyni zamanda, görkəmli ədəbiyyatşünas alim, ictimai-siyasi və mədəni xadim Vincas Krevenin həyat və yaradıcılığının on bir ilə yaxın dövrü Azərbaycanla sıx bağlı olub. O, Azərbaycan-Litva dövlətlərarası münasibətlərinin formalaşmasında mühüm rol oynayıb.

AZƏRTAC