Azərbaycan “28-ci Dünya Səyahət Mükafatları” tədbirində birinci yerə layiq görülüb
İQTİSADİYYAT

Azərbaycan “28-ci Dünya Səyahət Mükafatları” tədbirində birinci yerə layiq görülüb

Bu günlərdə keçirilən Azərbaycan “28-ci Dünya Səyahət Mükafatları” tədbirində 2021-ci il üzrə Avropanın Aparıcı Mədəni destinasiyası və Avropanın Aparıcı Ekskursiya destinasiyası nominasiyalarında birinci yerə layiq görülüb.

Dövlət Turizm Agentliyindən bildirilir ki, qlobal turizm və səyahət sənayesinin ən nüfuzlu mükafatlarının qalibi olmaqdan məmnun olduqlarını qeyd edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, Azərbaycan ekskursiya və mədəni turizm üçün ideal destinasiyadır: “Biz bütün bu gözəllikləri kəşf etmək üçün səfər edəcək turistləri ölkəmizdə qarşılamağı səbirsizliklə gözləyirik”. Baş icraçı direktor Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin turizmin inkişafı istiqamətində yeni səhifə açdığını, Qarabağa xas turizm məhsullarının inkişaf etdirilməsinin, həmçinin bu regionda daxili və beynəlxalq turistlər üçün təcrübə və infrastrukturun təkmilləşdirilməsinin ATB-nin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.

Bəybala BƏYBALAYEV,

“Respublika”.