AZAL donanmasını müasir “Boeing 787 Dreamliner
Digər xəbərlər

AZAL donanmasını müasir “Boeing 787 Dreamliner" təyyarələri ilə genişləndirəcək

AZAL "Boeing" 8 ədəd "787-8 Dreamliner" təyyarəsinin tədarükünə dair razılıq əldə ediblər. Aviaşirkətin uzun məsafəli donanmasının genişləndirilməsini təmin etmək məqsədilə əldə olunmuş razılaşmaya əsasən təyyarələrin beşinin 2030-cu ilə qədər, üç ədədinin isə 2030-cu ildən sonra təhvil verilməsi nəzərdə tutulur.

Yüksək səmərəli hava gəmiləri aviaşirkətə marşrut şəbəkəsini ölkəyə turist cəlb etmək imkanlarını genişləndirməyə şərait yaradacaq.

"Ölkənin mülki aviasiyasının uğurlu inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin davamlı dəstəyi diqqəti sayəsində mümkün olub. Müasir geniş gövdəli "Boeing 787 Dreamliner" təyyarələrinin əldə olunması üçün "Boeing" şirkəti ilə müqavilənin imzalanması AZAL-ın donanmasının modernləşdirilməsi aviadaşımaların səviyyəsinin yüksəldilməsi çərçivəsində mühüm addımdır", - deyə AZAL  prezidenti Cahangir Əsgərov bildirib.

Çevikliyi, uzaq məsafəli uçuşları yanacağa qənaəti sayəsində "Boeing 787 Dreamliner" təyyarələri aviaşirkətlərə 350-dən çox yeni birbaşa marşrutlar açmağa imkan verir. Yeni "Dreamliner" təyyarələri ilə "Azərbaycan Hava Yolları"na Avropa, Asiya digər regionlarda öz şəbəkəsini genişləndirəcək.

"Boeing 787" təyyarəsi sayəsində "Azərbaycan Hava Yolları" Mərkəzi Asiyanın aviaşirkətləri sırasında liderliyini möhkəmləndirib. Laynerin çevikliyi imkanları Azərbaycanda turizm iqtisadi artım üçün yeni perspektivlər açır. AZAL ilə uğurlu əməkdaşlığımız 20 ildən artıqdır ki, davam edir əlavə "Dreamliner" təyyarəsinin yeni sifarişi məhsullarımızın əhəmiyyətini iki şirkət arasındakı münasibətlərin dərinliyini göstərir". Bu fikirləri "Boeing Commercial Airplanes" şirkətinin prezidenti baş icraçı direktoru Sten Dil deyib.

Qeyd edək ki, "Azərbaycan Hava Yolları" aviaşirkəti Mərkəzi Asiyanın ən iri aviadaşıyıcılarından biridir öz donanmasında "Boeing" isə  757, 767 787 təyyarələri daxil olmaqla müxtəlif model hava gəmilərindən istifadə edir.

Dünyanın aparıcı aerokosmik şirkəti olan "Boeing" isə 150-dən çox ölkədə müştərilərinə mülki təyyarələrin, kosmik gəmilərin, müdafiə məhsullarının istismarı texniki xidmətlər təklif edir sistemlər hazırlayır.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti.