Azad edilmiş ərazilər mina və partlamamış sursatlardan təmizlənir
Digər xəbərlər

Azad edilmiş ərazilər mina və partlamamış sursatlardan təmizlənir

Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir ki, ötən ay 600 ha ərazi minalardan tam təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 30420 hektaradək ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.

Ümumilikdə 10206 ədəd piyada əleyhinə, 2580 ədəd tank əleyhinə mina və 10446 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

May ayı ərzində ümumilikdə 830 km yol qar örtüyündən təmizlənib.

“Respublika”.