Axror Nazarqulov: Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı bizim üçün çox önəmli məsələdir
MÜSAHİBƏLƏR

Axror Nazarqulov: Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı bizim üçün çox önəmli məsələdir

Özbəkistan Milli İnformasiya Agentliyi - UzA adından azərbaycanlı qardaşlarımızı sevgi və hörmətlə salamlayırıq. Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı bizim üçün çox vacib məsələdir. Qlobal Media Konqresi boyunca biz AZƏRTAC və Qırğızıstanın KABAR milli xəbər agentliyi ilə qonşu stendlərdə birlikdə idik. Burada bir-birimizlə sıx əlaqələr qurmağımız çox yaxşı oldu.

Bunu AZƏRTAC-a açıqlamasında Özbəkistanın UzA agentliyinin əməkdaşı Axror Nazarqulov bildirib.

"Azərbaycanla Özbəkistan arasındakı əlaqələr ildən-ilə inkişaf edir. Bu yaxınlarda Səmərqənddə Türk Dövlətləri Təşkilatının Sammiti oldu. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistana səfər etdi. Xalqlarımız bir-biri ilə sıx əlaqədədirlər. Bunun üçün media sahəsində işlərin görülməsini, türkdilli dövlətlərin birlikdə fəaliyyət göstərdiyi bir telekanalın və ya radionun yaradılmasını arzu edirik", - deyə A.Nazarqulov qeyd edib.

AZƏRTAC