Avstraliyalı səyyah: İşğaldan azad olunmuş ərazilərdə aparılan sürətli bərpa-quruculuq işləri bizi heyran etdi
Diaspora

Avstraliyalı səyyah: İşğaldan azad olunmuş ərazilərdə aparılan sürətli bərpa-quruculuq işləri bizi heyran etdi

Azərbaycanda, ümumiyyətlə Şuşa şəhərində ilk dəfədir oluram. Şuşa şəhərinə gələrkən yolboyu gördüklərimiz - işğaldan azad olunmuş ərazilərdə Azərbaycan hökuməti tərəfindən aparılan sürətli bərpa-quruculuq işləri bizi heyran etdi.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Ermənistanın işğalından azad edilmiş Şuşa şəhərinə səfər edən beynəlxalq səyahətçilər qrupuna daxil olan avstraliyalı Coko Tandicono deyib.

O, işğaldan azad edilmiş ərazilərdə törədilmiş kütləvi dağıntıların şahidi olduğunu deyib. "Şuşa qalası bərpa olunur, ümumiyyətlə, Azərbaycan hökuməti tərəfindən aparılan sürətli bərpa işləri nəticəsində şəhər öz simasını yavaş-yavaş bərpa edir", - deyə səyyah bildirib.

AZƏRTAC