AVROPA İTTİFAQI AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞA XÜSUSİ ÖNƏM VERİR
Siyasət

AVROPA İTTİFAQI AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞA XÜSUSİ ÖNƏM VERİR

Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə səfərinin uğurlu nəticələri buna əminlik yaradır

Avropa İttifaqı Şurası Prezidentinin Azərbaycana səfəri -Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir. Müharibədən sonrakı dövrdə bu cür səfərin reallaşdırılmasının əhəmiyyəti böyükdür. Məsələ burasındadır ki, qonaq 44 günlük müharibənin sonunda əldə etdiyimiz tarixi Zəfər nəticəsində regionumuzda formalaşmış yeni reallığı öz gözləri ilə gördü, respublikamızın Şamaxı rayonuna səfəri çərçivəsində Cümə məscidini ziyarət etdi, Azərbaycanın inkişaf səviyyəsi perspektiv inkişaf istiqamətləri ilə tanış oldu, bir sözlə, hər şeyi olduğu kimi görmək imkanı qazandı. Şarl Mişelin səsləndirdiyi fikirlər Avropa İttifaqının bu reallığı qəbul etdiyini təsdiqləyir. Onun səfər çərçivəsində keçirdiyi görüşlər, müzakirə olunan məsələlər -nin Azərbaycanla münasibətlərə çox böyük önəm verdiyini göstərdi.

Son illər ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanla Avropa İttifaqı arasında möhkəm fundament üzərində qurulan qarşılıqlı faydalı əməkdaşlığın yaranmasına imkan verdi. Ş.Mişelin səfəri çərçivəsində bu əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə predmeti idi hər iki tərəfə böyük perspektivlər vəd edir.

Onu da qeyd etmək lazımdır ki, Avropa İttifaqına 9 üzv ölkə ilə Azərbaycan tərəfdaşlıq haqda ikili formatda sazişlər, bəyannamələr imzalayıb. Respublikamız Cənubi Qafqazın iqtisadiyyatının 70 faizinə sahibdir bu gün ölkəmizdə Avropa İttifaqına üzv olan dövlətləri təmsil edən 1700-dən artıq şirkət uğurla fəaliyyət göstərir. Respublikamızla Avropa İttifaqı arasında əməkdaşlığın fundamentini ticarət sahəsi təşkil edir bu Azərbaycanın xarici ticarət dövriyyəsinin 40 faizi qədərdir. Bu, Cənubi Qafqaz dövlətləri arasında ən yüksək göstərici olmaqla yanaşı, həm Azərbaycanın Avropa məkanı üçün qocaQitənin Azərbaycan üçün əhəmiyyətini ifadə edir.

COVİD-19 pandemiyası nəticəsində meydana gəlmiş çətinliklərə sıxıntılara baxmayaraq, ilə 2020-ci ilin yekunlarına görə ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları səviyyəsində olub. Bununla yanaşı, Azərbaycanın Avropa İttifaqı ölkələrinə ixracı 6,8 milyard ABŞ dolları təşkil etmişdir ki, bu da olduqca səmərəli uğurlu əməkdaşlığın qurulduğunu göstərir.

Təbii ki, ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər yer alır. Yəni bu əməkdaşlığın inkişaf etdirilməsi nöqteyi-nəzərdən hər iki tərəf üçün fayda var bunu gerçəyə çevirmək üçün dövlət başçısı cənab İlham Əliyevin uzaqgörənliklə reallaşdırdığı siyasi kursun nəticəsində qurulmuş möhkəm əsaslar mövcuddur.

Avropada da qəbul olunan reallıq budur ki, Azərbaycan qitənin enerji təhlükəsizliyini təmin edən ən etibarlı ölkələrdən biridir. Həmçinin Azərbaycanın təşəbbüsü ilə gerçəyə çevrilmiş mühüm Cənub Qaz Dəhlizi istismara buraxıldıqdan sonra neftlə yanaşı, eyni zamanda Avropanı təbii qazla da təchiz edən ölkəyə çevrildi. Təsadüfi deyil ki, Prezident İlham Əliyevlə Şarl Mişelin iki saat davam etmiş təkbətək görüşündə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin geniş spektri əhatə olundu, siyasi əlaqələrdən məmnunluqla danışıldı, ticarət əlaqələri, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi nəqliyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə edildi, Cənubi Qafqazda əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparıldı.

Bununla yanaşı, Şarl Mişel Azərbaycana səfəri çərçivəsində -nin ölkəmizlə əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd edərək bunun mütərəqqi texnologiyalar əsasında inkişaf etdirilməsinin zəruriliyini vurğuladı. Azərbaycanda həm rəqəmsal texnologiyalara, həm ekoloji tarazlığın qorunub saxlanılmasına cavab verən iqtisadi inkişaf mövcuddur ki, bu da Avropa İttifaqının marağındadır. Bu baxımdan Ş.MişelinAzərkosmosASC-ni ziyarət etməsi, İpək Yolu Ələt Azad İqtisadi Zonası ilə bağlı təqdimatda iştirak etməsi çox önəmlidir. Göründüyü kimi, inteqrasiya proseslərinin sürətləndirilməsi üçün kifayət qədər geniş iqtisadi baza mövcuddur. Ümumilikdə, Avropa İttifaqına inteqrasiya Azərbaycanın çoxvektorlu strategiyasının prioritetini təşkil edir böyük perspektivlər vəd edir. Azərbaycan Respublikası Avropa İttifaqı iqtisadi inteqrasiya baxımından kifayət qədər çoxsaylı ortaq maraqlara malikdir bu maraqlar tərəflər arasında iqtisadi əməkdaşlığın inkisaf etdirilməsinin dərinləşdirilməsinin vacibliyini diktə edir. Müasir dövrdə Azərbaycanda davamlı sosial-iqtisadi inkişafın təmin olunması üçün regional beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi zəruridir. Azərbaycan ilə eyni kontinentdə yerləşir bununla əlaqədar olaraq respublikamızın geosiyasi geoiqtisadi mövqeyi Avropa siyasi iqtisadi məkanı ilə birbaşa əlaqəlidir. -nin əhatə nüfuz dairəsinin intensiv olaraq genişlənməsi, dünyanın əsas iqtisadi siyasi güc mərkəzlərindən birinə çevrilməsi Azərbaycan üçün cəlbedici amildir. Respublikamız ölkələri üçün əhəmiyyətli olan geniş ixrac potensialına malikdir ki, bu da avropalı tərəfdaşlarımızın diqqət mərkəzindədir. Milli iqtisadiyyatın inkişaf etdirilməsi üçün Azərbaycanın ölkələrindən yüksək texnika texnologiya əldə etməsi mühüm əhəmiyyət kəsb edir. ölkələrində tətbiq olunan mütərəqqi təsərrüfatçılıq idarəçilik təcrübəsinin Azərbaycan tərəfindən mənimsənilməsi önəmlidir. Ölkəmizdə hazırda mövcud olan istehsal infrastruktur sahələrinin modernləşdirilməsi inkişafı, həmçinin yeni sahələrin yaradılması üçün irihəcmli xarici investisiya qoyuluşlarına yüksək tələbatın mövcud olması reallıqdır. -nin Qafqaz Xəzər regionunda strateji geosiyasi geoiqtisadi maraqları hamıya yaxşı məlumdur. ölkələrində istehsal edilmiş yüksək keyfiyyətli məhsullara, o cümlədən müasir texnoloji texniki avadanlıqlara Azərbaycan bazarında artan tələbat müşahidə olunur onların reallaşdırılması üçün ölkəmizdə potensial imkanlar mövcuddur. Göründüyü kimi, Azərbaycanın Avropaya iqtisadi inteqrasiya maraqları ölkəmizin malik olduğu geosiyasi geoiqtisadi mövqeyi, tarixi ənənələr sosial-iqtisadi inkişaf xüsusiyyətləri kimi amillərlə şərtlənirAzərbaycan Avropa İttifaqına inteqrasiya vasitəsilə, bir tərəfdən, əhalinin tələbatını daha dolğun ödəmək, iqtisadiyyatın səmərəli strukturunu formalaşdırmaq, müasir texnika texnologiya əldə etmək, mütərəqqi təsərrüfatçılıq idarəçilik təcrübəsi mənimsəmək s. bu kimi daxili sosial-iqtisadi problemləri daha rahat həll etmək, digər tərəfdən isə, daxil olduğu iqtisadi məkanın sərhədlərini genişləndirməklə özünün regional beynəlxalq əmək bölgüsündə malik olduğu üstünlükləri reallaşdırmaq, iqtisadi milli təhlükəsizliyinin daha etibarlı təmin olunması imkanı əldə etmək niyyətindədir. -nin maraqları isə qonşu ölkələrlə qarşılıqlı faydalı iqtisadi münasibətlərin qurulması, bu ölkələrdə stabil sağlam iqtisadiyyatın demokratik idarəetmə sisteminin formalaşması, regionun inkişafının bölgədəki problemlərin həllinin bölgə əməkdaşlığı ilə hədəflənməsi, regionda daha etibarlı təhlükəsizlik sistemi yaradılması s. bu kimi məsələlərlə şərtlənir. Təbiidir ki, regionun neft qaz resursları ilə zəngin olan ölkəsi kimi Azərbaycan ilə enerji sahəsində əməkdaşlığın inkisaf etdirilməsində maraqlıdır.

Bütün bunlarla yanaşı, Şarl Mişelin çıxışındaDağlıq Qarabağ”, status bu kimi ifadələr işlədilməməsi, hətta Ermənistanla Azərbaycan arasında hazırda olan bəzi məsələlərimübahisəadlandırması -nin 44 günlük müharibədən sonra yaranmış yeni reallığı başa düşdüyü regionla bağlı siyasətində bu reallığı nəzərə aldığı deməkdir. Ş.Mişelin nitqində bu mövqe aydın hiss olunurdu.

Artıq şübhə yoxdur ki, Azərbaycanla münasibətlərinin hazırkı səviyyəsini, əhəmiyyətini ikitərəfli əlaqələrin inkişaf petspektivini düzgün qiymətləndirir. Şarl Mişel nitqində Azərbaycanla arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi barədə danışdı. Şarl Mişelin simasında rəhbərliyi Azərbaycan cəmiyyətinin müasir inkişaf səviyyəsi, ölkəmizdə mövcud olan pozitiv mühitlə tanış oldu, mediaya, siyasi partiyalara ciddi basqıların hökm sürdüyü Ermənistandan fərqli olaraq, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının, medianın azad mühitdə inkişaf etdiyini gördü. Yəni erməni lobbisinin Avropadakı ermənipərəst dairələrin təzyiqinə baxmayaraq, Azərbaycanla münasibətlərini düzgün qurmaqda maraqlıdır bu işləri olduqca pozitiv istiqamətdə inkişaf etdirir.

Beləliklə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri çox uğurlu oldu bu, tərəflər arasında əməkdaşlığın inkişafında yeni mərhələnin başlanğıcı deməkdir.

Emin QASIMOV,

Respublika”.