Avqustun 9-da Azərbaycanda COVID-19 əleyhinə 1688 doza vaksin vurulub
Səhiyyə

Avqustun 9-da Azərbaycanda COVID-19 əleyhinə 1688 doza vaksin vurulub

Avqustun 9-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1688 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 280, ikinci doza vaksinlərin sayı 94, üç və daha çox doza vaksinlərin sayı 1129, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 185-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 830 min 718, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 368 min 796, ikinci mərhələ üzrə 4 milyon 858 min 957, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 346 min 862, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 256 min 103-dür.

AZƏRTAC