Avqustun 5-də Azərbaycanda COVID-19 əleyhinə 1723 doza vaksin vurulub
Səhiyyə

Avqustun 5-də Azərbaycanda COVID-19 əleyhinə 1723 doza vaksin vurulub

Avqustun 5-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1 723 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 268, ikinci doza vaksinlərin sayı 127, üç və daha çox doza vaksinlərin sayı 1095, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 233-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 825 min 764, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 367 min 980, ikinci mərhələ üzrə 4 milyon 858 min 618, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 343 min 684, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 255 min 482-dir.

AZƏRTAC