Avqustun 3-də Azərbaycanda COVID-19 əleyhinə 1 873 doza vaksin vurulub
Səhiyyə

Avqustun 3-də Azərbaycanda COVID-19 əleyhinə 1 873 doza vaksin vurulub

Avqustun 3-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1 873 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 263, ikinci doza vaksinlərin sayı 140, üç və daha çox doza vaksinlərin sayı 1233, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 237-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 822 min 79, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 367 min 417, ikinci mərhələ üzrə 4 milyon 858 min 243, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 341 min 389, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 255 min 30-dur.

AZƏRTAC