Avqustun 25-də Azərbaycanda COVID-19 əleyhinə 1455 doza vaksin vurulub
Səhiyyə

Avqustun 25-də Azərbaycanda COVID-19 əleyhinə 1455 doza vaksin vurulub

Avqustun 25-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1455 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 271, ikinci doza vaksinlərin sayı 224, üç və daha çox doza vaksinlərin sayı 809, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 151-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 853 min 207, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 372 min 522, ikinci mərhələ üzrə 4 milyon 861 min 904, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 360 min 250, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 258 min 531-dir.

AZƏRTAC